
Saakaşvili inadkar siyasətçidir - Qayıdacaq!
Yusif Nəzərli
09:26 20.06.2023
Siyasət
879
Rusiyanın dünyada mövqeyinin zəifləməsi seçkilərə öz təsirini göstərəcək, inadkar Saakaşvili isə növbəti seçkilərə ciddi hazırlaşır
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili aktiv şəkildə siyasətlə məşğul olacağını bəyan edib. O, səhhətindəki problemlərə baxmayaraq, Gürcüstan siyasətində, Ukraynada gedən proseslərdə iştirak edəcəyini vurğulayıb. Saakaşvili həmçinin keçirilən bütün məhkəmə iclaslarında şəxsən iştirak edəcəyini bildirib: “Mən əsasını qoyduğum “Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla bütün milli, anti-Rusiya Avropa qüvvələrini birləşməyə çağırıram”. Saakaşvili bəyan edib ki, onun həbsi Gürcüstan tarixində utancverici hadisədir:
"Gürcüstan xalqı beynəlxalq ictimaiyyətlə birlikdə bu ədalətsizliyə tez bir zamanda son qoymalıdır". Xatırladaq ki, xeyli müddət həbsdə olan sabiq prezidentin səhhətində ciddi problemlər yaranıb və vəziyyəti kritikləşib. Hətta bir müddət öncə keçmiş rəhbərin anası onun adından açıqlama verərək M.Saakaşvilinin bir daha siyasətə geri dönməyəcəyini bəyan etmişdi.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev "Sherg.az"a bildirib ki, Mixeil Saakaşvilinin aktiv siyasətə dönüşü barədə bəyanatı onun yenidən qayıdışı kimi qiymətləndirilməməlidir. Politoloq bildirib ki, Saakaşvilinin siyasi aktivliyinin zəifləməsi xəstəliyi ilə bağlı idi:
"Görünür, artıq iddia edilən zəhərlənmə hadisəsindən sonra yenidən aktiv siyasi fəaliyyətə başlamağa qərar verib. Saakaşvili xaraktercə mübariz olmağı ilə yanaşı, həm də inadkar siyasətçidir. Məlumdur ki, onun həbsdə tutulmasını təmin edən Rusiyada yaşayan tanınmış milyarder Bidzina İvanişvilidir. Rusiyanın Ukraynada düşdüyü çətin durum hazırda digər bölgələrdə təsir imkanlarını saxlamaqda çətinliklər yaşadır. Bu, eyni zamanda Cənubi Qafqaza da öz təsirini göstərməkdədir.

2024-cü ildə Gürcüstanda prezident və parlament seçkilərinin keçirilməsi Saakaşvilini stimullaşdıran faktorlardan biridir. Qarşıdan gələn seçkilərin elektron qaydada aparılması barədə Gürcüstan MSK-nın qərarı seçimlərin gərgin və daha çox demokratik keçiriləcəyinə işarədir. Ötən prezident seçkilərinin birinci turunda M.Saakaşvilinin rəhbəri olduğu Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vasadze hazırkı prezidentə 1 faiz səslə uduzmuşdu. İkinci turda Salome Zurabişvili daha böyük fərqlə prezident kürsüsünə əyləşə bilmişdi. Rusiyanın dünyada mövqeyinin zəifləməsi, şübhəsiz ki, seçkilərə də öz təsirini göstərəcək. İnadkar Saakaşvili isə növbəti seçkilərə ciddi hazırlaşır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm