Sabiq müsavatçı siyahı yaydı: Arayışlardan bu şəxslər "haqq" alırmış - ADLAR
Ayyət Əhməd
09:26 21.11.2019
Siyasət
634
"Bütün bu biabırçılıqlardan sonra Arif Hacılını vә onun çirkli әmәllәrini hәlә dә can-başla müdafiә edәn müsavatçılar qalır. Bu şәxslәrin böyük әksәriyyәti mühacir alverindәn qidalananlardır".
Bu sözləri Almaniyada yaşayan keçmiş müsavatçı Yafəz Əkrəmoğlu qeyd edib. O, mühacirlərə verilən arayışlardan müsavatçıların da “haqq” aldığını bildirərək, onların siyahısını paylaşıb:
“Arayışlardan onlara da qırıntı payı çatır. Çox kiçik qismi ola bilәr ki, hәlә dә sadәlöhvcəsinə müdafiә edir. Fırıldaqçıları vә fırıldaqçılığı müdafiә edәnlәri siz dә tanıyırsınız. Bәzәn effektiv olan ictimai qınaq üçün onların adlarını bir daha xatırladıram. Ümid edirәm ki, siyahıda olan şәxslәrin bәzilәri bu qınaqdan çәkinmәk üçün hәlә dә vicdanlıdılar:
1. Gülağa Aslanlı - bu işdә Arif Hacılının sağ әli, ortağı.
2. Sәxavәt Soltanlı - Arif Hacılının ümumiyyәtlә sağ әli.
3. Mustafa Hacıbәyli - Arif Hacılının qardaşı. Arayış almaq istәyәn potensial “siyası mühacir”lәr ilk olaraq onun әlinin altından keçir. Rәhbәrlik etdiyi Basta.info saytı qardaşının “siyasi mühacir”lәri haqda mәqalәlәr dәrc edir.
4. Fәrәc Kәrimli - Müavin. Tәmsil olunduğu Müsavat Laçın rayon tәşkilatı Avropaya әn çox mühacir ixrac edәn tәşkilatdır. Arif Hacılının troll ordusunu idarә edir.
5. Raqif Kәrimli - Fәrәcin atası, uzun müddәt bu (Laçın) tәşkilatın sәdri olub.
5. Nemәt Kәrimli - vәkil.
6. Osman Kazımov - vәkil.
7. Sevinc Hüseynova - Partiyada MNTK sәdri.
8. Nüşabә Sadıqlı - Mәclis sәdri.
9. Nazim Azadoğlu – adı Avropada mühacir alverindә sıx hallanan oğlu Nurlan Müsavat AKM-dә sәdr müavinidir.
10. Azәr İsmayıl - Arif Hacılının müşaviri, Basta.info saytının әmәkdaşı”.
Y. Əkrəmoğlu sözügedən şəxslərin Müsavat Partiyasını müdafiə etməsinin səbəbini belə izah edib:
“Bu şәxslәr digәr partiya funksionerlәri kimi abırlarına qısılıb baş verәn çirkinliklәrә әn azı susqun da qala bilәrdilәr. Ancaq sәrt müdafiә mövqeyi seçdilәr. Yuxarıdakı siyahıda elә şәxslәr var ki, hәdsiz dәrәcәdә sadәlövh olması, nә baş verdiyini anlaya bilmәmәsi mümkün deyil. Mәsәlәn, hәr iki vәkil. Axı, nüfuzunuzu xәrclәyib, niyә fırıldqçıları müdafiә edirsiniz? Hansı marağa?”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil