Sarkisyana açılan cinayət işi: Paşinyan Rusiyaya mesaj verir
Turan
08:13 07.12.2019
Siyasət
897
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana cinayət işi açılıb. Eks-prezident 2013-cü ildə bir qrup məmurdan təxminən 1 milyon dollardan çox pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun barəsində ölkədən çıxmağa qadağa qərarı qəbul edilib. Paşinyan hökumətinin “Qarabağ klanı”nın öndə gedənlərinə qarşı mübarizə apardığı bəllidir.
Sabiq prezident Robert Koçaryana qarşı cinayət işinin açılması və daha sonra həbs edilməsi də buna hesablanıb. Artıq Sarksiyana qarşı da “savaş” elan edilib. Xüsusən, Paşinyanın Dağlıq Qarabağa gələrək separatçılarla müxtəlif görüşlər keçirməsindən sonra Sarkisyana cinayət işinin açılması bir sıra məqamlardan xəbər verir. Siyasi şərhçilərə görə, Paşinyan hökumətinin bu addımına “Qarabağ klanı” və onu himayə edənlər kəskin cavab verə bilərlər.
Məsələni “Şərq”ə analiz edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Nikol Paşinyan özündən əvvəlki prezidentlərlə müqayisədə bir qədər fərqli şəkildə hakimiyyətə gəlib. Ekspertin sözlərinə görə, Paşinyanın elektoratının daha çox yerli ermənilərdən təşkil olunduğu məlumdur:
“Yerli ermənilərə bel bağlayan baş nazir Azərbaycandan köç etmiş “Qarabağ klanı”na qarşı mübarizə aparsa da, Sarkisyan-Koçaryan cütlüyü Rusiyanın açıq dəstəyini almaqdadır. Sarkisyana açılan cinayət işi əslində Paşinyanın Rusiyaya mesajıdır. O, bununla Kremlə hakimiyyətini itirmiş perspektivsiz “qarabağlılar”a deyil, ayağı öz torpağında möhkəm dayanmış yerli ermənilərə güvənməyi təklif edir. Paşinyanın özünün və xanımının tez-tez işğal olunmuş torpaqlarımıza səfərləri seperatçı rejimlə dil tapmaq məqsədi daşıyır. O səbəbdən Paşinyan Qarabağ probleminin həlli ilə bağlı danışıqların formatına zərər verən məsuliyyətsiz bəyanatlar səsləndirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə