Saxta siyasi mühacirlər: Əməlləri üzə çıxır, deportasiya olunurlar - AKTUAL
Turan
12:47 14.11.2019
Siyasət
1118
“Heç bir iş qabiliyyətləri, dil bilgiləri olmayan bəzi şəxslər “siyasi mühacir” statusu almaq istəyirlər. Ancaq müəyyən kriteriyalara cavab vermədikləri üçün qara yollara əl atmaq məcburiyyətində qalırlar”. Bunu Sherg.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
YAP rəsmisinin sözlərinə görə, həmin şəxslər əsasən müxalifət partiyalarının nümayəndələri ilə əlbir olaraq saxta sənədlər hazırlayırlar:
“Şübhə yoxdur ki, saxta “siyasi mühacir”lər hazırlayan radikal müxalifətin əsas məqsədi maddi qazanc əldə etməkdir. Onlar bir növ “mühacir biznesi” ilə məşğul olurlar. Görün, nə günə qalıblar ki, qeyri-qanuni yollarla pul qazanırlar. İnsanları yoldan çıxararaq, mafiya formasında fəaliyyət göstərirlər. Bu cür əməllərə əl atan müxalifətin Azərbaycan sevgisinə inanmaq olmaz. Onların yeganə məqsədi maddi maraqlarını təmin etməkdir. Fərqi yoxdur, istər Avropadan qrant kimi gəlsin, istərsə də qeyri-qanuni yollarla əldə edilsin, əsas məsələ daha çox gəlir əldə etməkdir. Bütün sistem maliyyə üzərində qurulmuş fırıldaqlığa əsaslanır. Radikal müxalifət xaricə göndərmək üçün bəzi adamları “partiya üzvləri” və ya “jurnalist” kimi təqdim edirlər. Onları mitinqə göndərərək təxribat törətməklərini istəyirlər. Bütün bunlar da saxta siyasi status almağa hesablanıb”.
S.Orucovun sözlərinə görə, onları bir müddət Avropa ölkələrində saxlamaq mümkün olur. Amma qısa zaman sonra sənədlərinin saxta olduğu xarici ölkələrin hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır:
“Aydın olur ki, bu cür adamların həqiqi siyasi mühacirlərlə heç bir əlaqəsi yoxdur. Ona görə də ölkədən deportasiya edirlər. Əslində, müxalifətlə əlaqəsi olmayan həmin şəxslər radikal müxalifətin qurbanlarına çevrilirlər. Üzümü həmin aldanmış şəxslərə tutub deyirəm ki, radikal müxalifətin oyunlarına aldanmasınlar. Məsələ ondadır ki, bu cür olaylar dövlətimizin xarici siyasətinə və imicinə də mənfi təsir göstərir. Gördüyünüz kimi harada radikal müxalifətin barmağı varsa, orada saxtakarlıq, qanunsuzluq və dövlətimizə ziyan var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə