Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasının gündəliyi bilinib
11:07 07.12.2023
Siyasət
337
Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasının gündəliyi bəlli olub.
APA xəbər verir ki, dekabrın 11-də Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sədrliyi ilə keçiriləcək iclasda altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna) xarici işlər nazirləri bir araya gələcək.
Aİ Xarici Əlaqələr Şurasının iclasından sonra saat 18:00-da başlayacaq XİN rəhbərlərinin iclasında Avropa İttifaqının Qonşuluq siyasəti və Genişlənmə siyasəti üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.
“Nazirlər Şərq Tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq, onun nailiyyətlərini təhlil edəcək və siyasətin gələcəyi üçün konkret tövsiyələr müəyyən edəcəklər.
İclasda nazirlər üzv dövlətlərin və tərəfdaş ölkələrin ehtiyaclarının ödənilməsini təmin etmək üçün Şərq Tərəfdaşlığı təşəbbüsünün necə davam edəcəyi, 2024-cü ildə birgə işin əsas prioritetləri, Şərq Tərəfdaşlığı ölkələri üçün İqtisadi və İnvestisiya Planının reallaşdırılmasını sürətləndirmək, Mərkəzi Asiya və Qərbi Balkanlarla əməkdaşlığın artırılması və "Qara Dəniz Sinerjisi" təşəbbüsü kimi regional proqramlarla fəal işləmək məsələlərini müzakirə edəcək.
Nazirlər xüsusilə regional rouminq, yol təhlükəsizliyi və nəqliyyat sahəsində 2024-cü il üçün konkret nəticələrə dair öhdəlikləri möhkəmləndirməyi hədəfləyəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm