Sıradan bir səfər deyil
Yusif Nəzərli
05:10 19.07.2022
Siyasət
578
CİA şefinin Paşinyanla görüşünü Rusiya xüsusi həssaslıqla araşdıracaq
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün Rusiyanın hərbi müttəfiqi Ermənistana səfəri olduqca maraqlı proseslərdən xəbər verir. Rusiya artıq buna neqativ reaksiya verməyə başlayıb. Rusiya səfirinin gözlənilmədən Şuşaya səfər etməsini də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi şefinin İrəvan səfərinə Kremlin cavab reaksiyası hesab etmək olar. Rusiya KİV-ləri artıq Paşinyan hakimiyyətini hədəfə alıblar. Və bu, hələ başlanğıcdır.
Politoloq Elçin Xalidbəyli deyib ki, böyük ehtimalla CİA direktorunun Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşünü Rusiya xüsusi həssaslıqla araşdıracaq. Analitikə görə, yəqin erməni baş nazir də Prezident Vladimir Putinə zəng edib, ona görüşlə bağlı məlumat verəcək:
"Ancaq CİA direktorunun erməni baş nazir ilə görüşü sadəcə, telefon zəngi ilə izah ediləcək məsələ deyil. Böyük ehtimalla bu görüşün nəticələri Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın perspektivdə Rusiyaya münasibətdə tutacağı mövqe və davranışlarla ortaya çıxmağa başlayacaq. Hər halda, CİA şefinin Ermənistana təşrifinin sıradan bir səfər olmadığını Kremldə anlamamış deyillər. Çünki ABŞ xüsusi xidmət servislərinin şeflərinin analoji səfərləri və yüksək səviyyəli görüşləri nadir hadisədir”.
Ekspert qeyd edib ki, adətən, dövlətlər ilə təmasları, xüsusilə də Ermənistan kimi kiçik ölkələrlə ünsiyyəti ABŞ Dövlət Departamentinin təmsilçiləri reallaşdırırlar:
“İndi nədənsə, CİA direktoru şəxsən erməni baş nazir ilə qapalı görüş keçirir. Yəni Rusiya-Ermənistan münasibətlərində yeni, ziddiyyətli və həm də çox maraqlı mərhələnin başlana biləcəyi qətiyyən istisna deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial