Siyavuş Novruzov müxalifəti qınadı: "BMT-nin ofisi qarşısında piket keçirsəydilər, başa düşərdim"
Ayyət Əhməd
13:02 12.11.2019
Siyasət
551
"Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf etməsinin, dövlət büdcəsinin daha geniş şəkildə artmasının şahidiyik. 2020-ci ilin dövlət büdcəsi müstqəiliyimiz tarixində ən böyük büdcədir. Sosial sahəyə ayrılan vəsait büdcənin çox böyük hissəsini əks etdirir. Bu baxımdan büdcəni sosial büdcə adlandıra bilərik”.
Sherg.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.
Deputat qeyd edib ki, bəzi qüvvələrin ölkəmizin inkişafını gözü götürmür:
"Azərbaycanın digər ölkələr kimi ağır vəziyyətdə olmasını, başqa dövlətlərin əlinə baxmasını istəyirlər. Burada oturan deputatların hər biri büdcəni müzakirə edir, öz dairələri, təmsil olunduqları ərazidə problemlərin həllini təklif edirlər. Bir qrup isə Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket edir. İndi soruşmaq lazımdır ki, onlar xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?. İctimai qarışıqlıq yaratmaq, asayişi pozmaq, seçkilərə mane olmağın nəyə xidmət etdiyi bəllidir. Əgər onlar BMT-nin ofisi qarşısında belə piket keçirsəydilər, onu başa düşərdim. Çünki işğal altında olan torpaqların sakinləri bələdiyyə seçmək hüququndan məhrum olublar. Bir dəfə də olsun Qarabağın adını çəkməyən insanlar gedib piket keçirirlər. Onların piketi nəticəsində bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub. Bu gün cənab Prezident, hökumət görülən işləri hərtərəfli təqdim edir. Əgər hər hansı məsələ ilə bağlı iradınız varsa, şikayət edin. Heç bir sahədə narazılığa səbəb olan heç nə tapa bilmirlər. Ortaya iqtisadçı çıxararaq, terminlərlə nəsə demək istəyirlər. Amma onların bücədən başları çıxmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol