Siyavuş Novruzov: "Vaxtilə Əli İnsanov İsa Qəmbərin yeddi arxa dönənini təhqir edirdi"
Ayyət Əhməd
12:31 06.11.2019
Siyasət
536
"Ötən gün müxalifətin bir neçə nümayəndəsinin keçirdiyi dəyirmi masa, sadəcə gündəmə gəlmək cəhdidir. Vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir. Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən xoda düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır?! Dəyirmi masada yığışanların bir qrupu vaxtilə hakimiyyətdə olub: “İstər İsa Qəmbər, istər Əli Kərimli, istərsə də Arif Hacılı hakimiyyətdə olduqları zaman xalqın başına nə oyun açdıqları hamının yaxşı yadındadır. Dəyirmi masada Hikmət Hacızadə də var idi. Onu haradan tapıblar, o nə vaxtdan siyasətçi olub? Rusiyada səfir də işləyə bilmədi, yola saldılar gəldi. Bu cür insanlara Azərbaycanın taleyini etibar etmək olar? Bunlara bir orta məktəbin idarəsini belə tapşırmaq olmaz".
Sherg.az-ın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Feysbuk səhifəsində müxalifətin Müsavat Partiyasının qərargahında baş tutan "dəyirmi masa"sına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Pənah Hüseynin özü vaxtilə hakimiyyətdə təmsil olunanda insanların başına oyunlar gətirirdilər:
"Azərbaycanın dövlət büdcəsinə süpürgə çəkirdilər. Bunlar hamısı xalqın yadından çıxmayıb. İndi gəlib humanizmdən, demokratiyadan danışırlar. Qısa müddət ərzində hakimiyyətdə olduqları zaman ən böyük anti-demokratik hərəkətləri bunlar etdilər. İsa Qəmbər Ali Sovetin sədri, Pənah Hüseyn baş nazir, Əli Kərimli də dövlət katibi olub. O zaman bu “demokratlar” Yeni Azərbaycan Partiyasının qurultayını Bakıda keçirməyə imkan vermədilər. O vaxt Gəncə hadisələri zamanı İsa Qəmbər deyirdi ki, bomba töküb camaatı qırmaq lazımdır. Gəncə kimi şəhəri bombalamaq istəyən adam indi guya xalqın qeydinə qalır. Və yaxud da Surət Hüseynovun qorxusundan qaçıb Kələkidə gizlənən Əli Kərimli xalqı necə qoruya bilər?. Əli İnsanov indi yanaşı oturduğu İsa Qəmbər haqqında vaxtilə demişdi ki, “İsa Qəmbər genetik xəstədir”. İndi görəsən o xəstədən ona hər hansı infeksiya keçəcək, yoxsa yox? İndi Əli İnsanov İsa Qəmbərin yanında oturub və dəqiqədə bir ayağa qalxıb ona təşəkkürünü, minnətdarlığını bildirir. Halbuki, vaxtilə İsa Qəmbərin yeddi arxa dönənini təhqir edirdi. Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, deyirdi ki, “mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur? Ona görə ki, bunlar üçün dəyər yoxdur, bunlar üçün pul var, şəxsi maraqlar var. Xalq, millət onlar üçün arxa plandadır. O dəyirmi masada olanlar hərəsi bir qütbdə, ayrı-ayrı baxış bucağı altında olan adamlardır. Onların birgə fəaliyyəti qeyri-mümkündür. O dəyirmi masada oturan hər bir insan barədə kifayət qədər məlumat var. Bunların hər biri artıq tarixin qaranlıq arxivindədirlər. Ona görə də təzədən ortaya çıxıb nəsə etmək çox gecdir, qatar artıq gedib. Müxalifətin özündə islahat getməlidir. Ancaq bunlar islahat etmək istəyəndə də kimisə ya partiyadan uzalqaşdırırlar, ya ona qarşı ciddi təhqirlərə başlayırlar. Bilirsiniz ki, qarşıdan parlament seçkiləri gəlir. Bu baxımdan, bu dəyirmi masa özlərini yada salmaq üçün separat danışıqlardır. Bilirsiniz ki, AXCP ilə Müsavat arasında heç vaxt birgə seçki fəaliyyəti olmayıb. Bunlar arasında daim mübarizə gedib. Bu gün də süni şəkildə orada bir yerdə olduqlarını göstərməyə çalışdıqlarına baxmayaraq, sabah mətbuatda bir-birilərinə necə ağır ittihamlar və sözlər demələrinin şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol