Son, yekun söz Kremlindir
Turan
20:21 23.07.2021
Siyasət
960
ABŞ və Avropa ölkələri regiona gəlsələr belə, Rusiyasız heç nə edə bilməyəcəklər
Kreml sözçüsü Dmitri Peskov deyib ki, mövcud razılaşmaların həyata keçirilməsinə töhfə verərsə, Moskva Avropa Birliyinin Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik səylərini alqışlamağa hazırdır. Peskov bildirib ki, vasitəçilik səyləri sabitlik, proqnozlaşdırma və mövcud razılaşmaların həyata keçirilməsinə kömək edərsə, bunu yalnız alqışlamaq olar:
“Ümumiyyətlə, bu istiqamətdə işlər yaxşı gedir”. Son dönəmlər Qərb ölkələri, xüsusən Avropa İttifaqı Cənubi Qafqazdakı proseslərə daha çox maraq göstərir. Region ölkələrinə ardıcıl səfərlər də Qərb strukturlarının bölgəmizə nüfuz etmə cəhdləri kimi dəyərləndirilir. Hətta son günlər Azərbaycan-Ermənistan arasındakı mövcud problemləri, sərhəd məsələsini həll etmək üçün Qərbin vasitəçiliyi də təklif olunur.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, Rusiya təmsilçisinin ifadəsində maraqlı məqam var. Peskov vurğulayır ki, Qərb “mövcud razılaşmaların həyata keçirilməsinə kömək edərsə” prosesdə yer ala bilər:
“Moskva çox gözəl bilir ki, Qərb sadəcə Ermənistanın istəyi ilə Cənubi Qafqaza müdaxilə etmək niyyətindədir. Məhz Avropa dövlətlərinin vasitəçiliyi dövründə Qarabağ münaqişəsi dondurulmuş vəziyyətə qalmışdı. Aprel və Günnüt döyüşləri, Tovuz hadisələri göstərdi ki, Qərb keçmiş “status-kvo”nu saxlamaqdan başqa məqsəd güdmür. 27 il ərzində Minsk qrupu çərçivəsində prosesə asanlıqla müdaxilə etmək şanslarına malik idilər. Rusiya bu məsələdə arxayındır. Moskva bilir ki, Qərbin müdaxiləsi heç nəyi dəyişməyəcək. Xüsusən, Azərbaycan tərəfi buna mənfi reaksiya verəcək. Ancaq Kreml Qərbin prosesdən tamamilə uzaqda qalmasını da istəmir. Etiraf edək ki, Rusiya Azərbaycan-Ermənistan müharibəsində moderator qismində çıxış etdi və vasitəçiliyi ələ aldı. Hazırda prosesi tənzimləyən əsas güc Moskvadır. Rusiya topu Qərbin üzərinə atmaqla əslində onları da çıxılmaz vəziyyətdə qoyur. Çünki belə bir istək İrəvan və Bakının ortaq razılığı ilə reallaşa bilər. Rusiya bu addımı ilə qərbyönlü Paşinyan iqtidarına da mesaj verir ki, “biz Qərbin qabağını kəsmirik, hətta onları dəvət edirik, amma yekun söz Kremlindir”. ABŞ və Avropa ölkələri regiona gəlsələr belə, Rusiyasız heç nə edə bilməyəcəklər”.
T.Rzayev qeyd edib ki, Qərb proseslərə adekvat yanaşsa, Paris Sülh konfransından sonra qanunsuz şəkildə Ermənistana verilən Zəngəzuru alıb Azərbaycana verməlidir:
“Yox əgər, Fransa kimi ancaq ermənilərə tərəf olacaqlarsa, o zaman Qərbin müdaxiləsi bizə lazım deyil. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin səsləndirdiyi fikirlərdə də lokallıq yox idi. Qərbin yeganə məqsədi Cənubi Qafqaz ölkələrini öz siyasətlərinə, kurslarına uyğun hərəkət etməyə sövq etməkdir. Onları bu bölgədəki problemin həlli maraqlandırmır. Əgər elə olsaydı, Abxaziya, Osetiya problemi ilə daha yaxından məşğul olardılar. Qərb ölkələri özlərinə xas siyasət yeridirlər və diplomatiyaları çox yavaş irəliləyir, ləng işləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm