
Stoltenberqin Qafqaz səfərinin pərdəarxası -Şərh
Yusif Sultanoğlu
18:06 24.03.2024
Siyasət
594
"NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz səfəri vida xarakteri daşısa da, əsas hədəf Rusiyaya qarşı bu bölgədən cəbhənin açılması, region ölkələrinin ruslarla müharibədə Qərb cəbhəsinə dəstəyini təmin etməkdir".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, əsas məqam Stoltenberqin bölgədə Azərbaycana daha çox zaman ayırması idi:
"Bir gün yarım Bakıda, yarım gün Tbilisidə, bir gün İrəvanda oldu. Azərbaycan NATO üçün təkcə müttəfiq ölkələrin enerji təhlükəsizliyində oynadığı rola görə yox, Cənubi Qafqazda istəyinə nail olmaq üçün də əhəmiyyətli ölkədir. Birincisi, Gürcüstan və hazırda anti-Rusiya siyasətinə güc vermiş Ermənistandan fərqli olaraq, Azərbaycanın öz siyasi xətti var və uzun illər nəticə əldə etməyə imkan verən balans siyasətini yalnız Türkiyənin xeyrinə dəyişir;
İkincisi, Türkiyə ilə müttəfiq olan Azərbaycanın Gürcüstan və Ermənistandan fərqli olaraq, Rusiya qarşısında daha güclü mövqeyə malikdir;
Üçüncüsü, Cənubi Qafqazda Rusiyaya qarşı mümkün cəbhənin qurulması üçün regionun güclü bəndi olaraq Azərbaycanın dəstəyi mütləq vacibdir".

Analitikin fikrincə, Stoltenberq Bakıda Azərbaycandan istəyini açıq şəkildə dilə gətirdi:
"Prezident İlham Əliyevlə görüşdə Ukrayna-Rusiya müharibəsinə qoşuldu. Cənubi Qafqazda təhlükəsizliyin Qara dənizdəki təhlükəsizliklə bağlı olduğu mesajını verdi. “Azərtac”-a müsahibəsində daha açıq danışdı. Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə, Azərbaycana da təhlükə yaradacağını bildirdi. Bakıdan əsas gözləntilərinin Moskvaya qarşı iqtisadi sanksiyalara qoşulmaq olduğunu bildirdi. NATO baş katibi “Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə, hər kəs üçün daha təhlükəli olacağını” İrəvanda da bəyan edib. Stoltenberq Rusiya təhlükəsi ilə bağlı dediklərində haqlıdır. Lakin bu cür bəyanatlarla region ölkələrini Moskvaya qarşı açıq cəbhə almağa sövq etmək çətindir, çünki bu corğafiyanın öz reallıqları var".
A.Nərimanlı qeyd edib ki, Gürcüstan 2008-ci il təcrübəsini yaşayıb və torpaqlarının işğalından sonra ruslarla daha ehtiyatlı davranış xəttini izləyir:
"Ermənistan hakimiyyəti Rusiyaya qarşı ritorik cəbhə alsa da, praktiki müstəvidə hərəkət etmək imkanları azdır. Azərbaycan Qərb-Rusiya qarşıdurmasına həmişə məsafəli siyasətlə yanaşıb və bu yanaşmanı dəyişməsi üçün səbəb yoxdur. NATO/Qərb Rusiyanı Ukraynada tam məğlub edə bilmədiyi, yaxud ən azı məğlubiyyət perspektivini yarada bilmədiyi müddətdə Cənubi Qafqazda Moskvaya qarşı cəbhə açması çətindir. Stoltenberqin də buna nail olacağı gözləntisi mümkünsüz görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi