
Sülh sazişindən başqa yol qalmayıb - ŞƏRH
03:47 16.05.2024
Siyasət
377
İrəvan anlaşmanı dövlətin təhlükəsizlik prosesinin önəmli tərkib hissəsi olaraq görür
“Azərbaycanla əldə olunan razılaşmaları sülh sazişinə əlavə etməklə bu müqaviləni imzalamağın vaxtı çatıb”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Ermənistan hökumətinin başçısı həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası barədə razılaşmaya da toxunub. O bildirib ki, bu sənəd 1991-ci ilə aid Almatı bəyannaməsinə əsaslanır: “Bu o deməkdir ki, delimitasiya zamanı biz sadəcə Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədləri əsas kimi götürməliyik. Almatı bəyannaməsinə əsasən, həmin sərhədlər iki ölkə arasında dövlət sərhədi kimi müəyyənləşdirilib”. Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyasının başlanğıcı 2022-ci il oktyabrın 6-da Azərbaycan, Fransa, Aİ liderlərinin və onun iştirakı ilə keçirilən görüşdə əldə olunub: “Bu, Praqada baş verib. Hazırda isə bütün bu razılaşmaları sülh müqaviləsində əks etdirməyin və onu imzalamağın vaxtıdır”. O həmçinin “Sülh kəsişməsi” layihəsinə də toxunaraq, həmin təşəbbüsün tərəflər arasında nəqliyyat əlaqələrinin bərpasına xidmət edəcəyini bildirib. Qeyd edək ki, Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü alqışlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, bu danışıqlarla Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə edilməsi istiqamətində daha bir addım atılıb. Rusiyalı nazir müavini vurğulayıb ki, Qazaxıstan 1991-ci ilin sentyabrında hərbi qarşıdurmaya son qoymaq üçün ilk ciddi cəhdlərdən biri olan Jeleznovodsk Bəyannaməsinin hazırlanmasına və qəbuluna mühüm töhfə verib: "Almatıdakı təmasların Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsini müəyyən edən ən yüksək səviyyədə 2020-2022-ci illərdə imzalanan üçtərəfli sazişlərə uyğun olması vacibdir". Qeyd edək ki, ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da ATƏT sədri ilə görüşündə sülh prosesində xüsusən son 6 ayda ciddi yol qət edildiyini, yaxın dövrdə sazişin imzalanmasına nail olunacağına ümid etdiyini bildirmişdi.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istək və qətiyyətlə bağlıdır. Ekspertin sözlərinə görə, rəsmi İrəvan sülh sazişini dövlətin təhlükəsizlik prosesinin önəmli tərkib hissəsi olaraq görür:

"Ermənistan hökuməti anlayır ki, ölkənin təhlükəsizliyini təmin etməyin yeganə yolu Azərbaycanla sülh sazişini imzalamaq və sərhədləri müəyyənləşdirməkdir. İrəvanın bunun alternativinin olmamasını, digər seçimin müharibə olduğunu dərk etməsi sülh prosesinə təkan verdi. Fikir verirsizsə, İrəvan hökuməti qlobal vasitəçilərdən ümumiyyətlə söhbət açmır. Əlbəttə, İrəvanın bu mövqeyə gəlməsində əsas pay Azərbaycana düşür. Ermənistanın sülhə yaxınlaşması və ikitərəfli danışıqlara üstünlük verməsi Azərbaycan xarici siyasətinin ən böyük nailiyyətidir. Bu təkcə Azərbaycan-Ermənistan deyil, beynəlxalq səviyyədə bütün diplomatik hüquqi sərhədləri aşan məsələdir. İkinci Dünya müharibəsindən sonra mövcud qlobal vasitəçilik sistemi tamamilə darmadağın oldu. İndiyədək heç bir münaqişə beynəlxalq güclərin geosiyasi maraqları kontekstində hazırlanmış formatlar müstəvisində həll olunmayıb. Münaqişələr hər zaman partlamağa hazır mina kimi qalıb. Bunu da ona görə ediblər ki, özlərinin geosiyasi maraqları təhlükə altına düşdükdə həmin "yaranı" qaşıyaraq qanatsınlar. O baxımdan Qarabağdakı separatizmin məhv edilməsi yer altındakı gizli geosiyasi qatları tərpətdi, Azərbaycana təzyiqləri artırdı. Həmin güclər bu reallıqla hələ də barışmaq istəmirlər, dirəniş göstərirlər. Ancaq reallıq budur və geriyə yol yoxdur. Azərbaycan əyani olaraq göstərdi ki, iki ölkə arasındakı münaqişəni beynəlxalq güclərin vasitəçiliyi ilə həll etməyə ehtiyac yoxdur. Çünki bu cür həll modelləri müvəqqəti hal daşıyır. İndiki halda tərəflər arasında sülhün əldə olunması üçün heç bir ciddi maneə, əngəl yoxdur və sülh sazişinin imzalanması realdır. İrəvan hökuməti qətiyyətini davam etdirərsə, tərəflər sülh müqaviləsinə yaxınlaşa bilər".
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya