“Tet-a-tet söhbət daha effektlidir. Amma hər adamla canlı ünsiyyətin müəyyən çətinliklər yarada biləcəyini nəzərə almaq lazımdır. Ən azından ona görə ki, ölkədə məmurların sayı qədər psixoloq yoxdur. Bu səbəbdən də həmin adamlar əvvəlcə tərtib edilmiş testdəki suallara cavab verməlidirlər. Yalnız testin nəticəsindən sonra aşkarlanan meyillə bağlı fərdi söhbətlər aparılmalıdır”.
Tarixçi məmurların psixoloji testdən keçməsini istəyir, psixoloq isə...
Banuçiçək Kalbalıyeva
12:52 05.05.2020
Siyasət
708
Tet-a-tet söhbətin daha effektli olduğunu düşünür
“İnsan elə varlıqdır ki, həmişə düşdüyü sistemə tabe olur. Yəni ya sisteminin tələblərinə cavab verməlisən, ya da vəzifədə oturmamalısan”
Hökumət korrupsiyaya, o cümlədən öz vəzifəsindən sui-istifadə edib, qanunsuz yollara əl atan icra başçılarına qarşı ciddi mübarizə kampaniyasına başlayıb. Məsələ ilə bağlı “Sherg.az”a danışan danışan tarixçi-alim Dilavər Əzimli təklif edib ki, hər kəs konkret postlara təyin edilməzdən əvvəl psixoloji testlərdən keçirilməlidir.
“Sherg.az” saytı olaraq bu təklifə münasibət bildirməsi üçün tanınmış psixoloq Azad İsazadə ilə həmsöhbət olduq. O, korrupsiyanı aradan qaldırmaq üçün psixoloji testlərin kifayət olmadığını düşünür:
“Bu təcrübədən müxtəlif ölkələrdə geniş istifadə olunur. Azərbaycanda da hüquq-mühafizə orqanlarına qəbul edilən əməkdaşları testdən keçirirlər. Yəni yaxşı ideyadır. Ancaq nəzərə almaq lazımdır ki, belə testlər insanı rüşvətxorluqdan yayındıra bilməz. Düzdür, müxtəlif meylləri müəyyənləşdirən testlər var. 160 sualdan ibarət xüsusi testlə insanın meyllərini üzə çıxarmaq mümkündür. Bununla belə, insan elə varlıqdır ki, həmişə düşdüyü sistemə tabe olur. Yəni ya sisteminin tələblərinə cavab verməlisən, ya da vəzifədə oturmamalısan. Bu mənada kadrları yox, sistemi dəyişmək lazımdır”.
A.İsazadə testlərin aparılması qaydası barədə də danışdı:
“Tet-a-tet söhbət daha effektlidir. Amma hər adamla canlı ünsiyyətin müəyyən çətinliklər yarada biləcəyini nəzərə almaq lazımdır. Ən azından ona görə ki, ölkədə məmurların sayı qədər psixoloq yoxdur. Bu səbəbdən də həmin adamlar əvvəlcə tərtib edilmiş testdəki suallara cavab verməlidirlər. Yalnız testin nəticəsindən sonra aşkarlanan meyillə bağlı fərdi söhbətlər aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət