Tarixə qızıl hərflərlə yazılacaq Qələbə !- “Qarabağ və onun tacı olan Şuşa bizimdir”
Banuçiçək Kalbalıyeva
13:01 10.11.2020
Siyasət
762
"Türkiyə və Rusiya sülhməramlılarının Ermənistanla sərhədlərimizdə yerləşdirilməsi də bizim xarici siyasət xəttimizin uğurlu addımıdır"
Bu gün Azərbaycan tarixində əlamətdar gündür. Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanata müvafiq olaraq İkinci Dağlıq Qarabağ savaşı başa çatdı. Bizim qələbəmizlə, ədalətin bərpası ilə! Sentyabrın 27-dən etibarən xeyli ərazimizi düşməndən azad etmişdik. Dekabrın 1-dək isə işğalçı ölkə daha üç rayonumuzu-Laçın, Kəlbəcər və Ağdamı bizə qaytaracaq. Deməli, biz həm hərbi, həm də diplomatik sferada Ermənistanı məğlub etdik. Prezident, Ali baş komandan İlham Əliyevin təbirincə desək:
-Nə oldu, Paşinyan?
Millət vəkili Rüfət Quliyev tarixi qələbə ilə bağlı keçirdiyi hissləri “Sherg.az”la bölüşüb:
“İlk növbədə xalqımızı, qalib Ordumuzu, bu qələbənin bayraqdarı olan Ali Baş Komandanımız cənab İlham Əliyevi, bütün dünya azərbaycanlılarını tarixə qızıl hərflərlə yazılacaq şanlı Qələbəmiz münasibətilə təbrik edirəm.
Azərbaycanın bu tarixi qələbəsi bizə layiq olduğumuz təsəvvürəgəlməz qürur hissi bəxş etdi. 30 illik narahatlığımıza son qoydu. İndi biz fəxrlə deyirik: əzəli torpağımız olan Qarabağ və onun tacı Şuşa bizimdir. Düşmənin fəqərə sümüyünü qıran Ordumuzun zəfər sorağı dünyanın hər yerinə yayılıb.
Və bizi istəyənlərin təbrikləri saysız, sevincləri sonsuzdur. Fərəhli bir gün yaşayırıq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının müjdəçisi olan xoşbəxt bir gün. Bu gündən başlayaraq Azərbaycan əsgəri vuruşmaqla yox, sərhədlərimizi qorumaqla məşğul olacaq. Türkiyə və Rusiya sülhməramlılarının Ermənistanla sərhədlərimizdə yerləşdirilməsi də bizim xarici siyasət xəttimizin uğurlu addımıdır.
Belə bir vəziyyət imkan verəcək ki, sərhədlərimiz daha etibarlı qorunsun. Çünki bu sərhədləri əsgərləmizlə birgə dost ölkənin sülhməramlıları da qoruyacaq. Bu, Azərbaycanın beynəlxalq aləmdəki önəminin miqyasını göstərir. Bir daha bayramınız mübarək!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə