"Tehran prosesdən geri qalmaq istəmir"
Yusif Nəzərli
03:17 29.07.2022
Siyasət
663
"Qafanda konsulluğun açılması da Qərbi Zəngəzurda mövcudluq planının bir hissəsidir"
“İranın Qafanda konsulluq açmaq istəyi bu il reallaşa bilər. Şəhərin meri Gevorq Parsyan bu istiqamətdə işlərin getdiyini açıqlayıb”. Bu barədə “Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, Qafanda, ümumiyyətlə, Qərbi Zəngəzurda İran vətəndaşlarının yaşamamasına rəğmən, Tehranın konsulluq planının iki mümkün hədəfi var: “Birincisi, iqtisadi məsələlərdir. Konsulluq planı Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində məlum hadisələrdən sonra gündəmə gəldi. İran Qafanda açmaq istədiyi konsulluq üzərindən gələcəkdə yarana biləcək “problemlərə” yerində müdaxilə etmək niyyətindədir. İkincisi və ən əsası Zəngəzurda mövcudluq məsələsidir. 44 günlük müharibədən sonrakı reallıqlar, xüsusilə dəhliz məsələsi Zəngəzurun qərbini geosiyasi mübarizə coğrafiyalarından birinə çevirib. Burada təkcə Bakı-Ankara ikilisinin yox, ABŞ və Rusiyanın da öz maraqları var. Vaşinqton bölgəyə Ermənistandakı səfirliyi vasitəsilə təsir etməyə çalışır, qrant layihələri, “erməni abidələrinin” qorunması və digər bu kimi “yumşaq güc” siyasətini tətbiq edir. Moskva dəhlizdə “təhlükəsizliyə nəzarət” və Gümrüdəki hərbi kontingentin bir hissəsinin köçürülməsi ilə bölgədəki rıçaqlarını möhkəmləndirir. Bakı-Ankara ikilisi Zəngəzur dəhlizinin açılması, eləcə də bölgəyə kapital yatırmaq perspektivi üzərindən hərəkət edir. Tehran prosesdən geri qalmaq istəmir, konsulluq da Qərbi Zəngəzurda mövcudluq planının bir hissəsidir. Belə görünür ki, İran bu bölgədə hansısa formada iştirakçı olmadan əl çəkməyəcək. Çünki Zəngəzur təkcə Cənubi Qafqaz yox, həm də Avrasiyadakı geosiyasi planlarda yer alır. Hələ ötən ilin aprelində Zəngəzurun regionda yeni gərginlik ocağı olacağı perspektivindən yazmışdıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat