Terror təhlükəsi: Ankaranın əməliyyatdan başqa yolu qalmamışdı - AKTUAL
Turan
11:37 14.10.2019
Siyasət
793
“Türkiyənin Suriya əməliyyatı nəticəsində YPG-nın nəzarətində olan dəhlizin sıradan çıxması real görünür”. Bunu Sherg.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.
Analitik bildirib ki, həmin dəhlizə gələcəkdə kimin nəzarət edəcəyi sual altındadır:
“Xatırladaq ki, 2010-cu ildən başlayaraq İraq və Suriyadan keçərək, Livana qədər uzanan ərazilərə, İrana tabe olan “Hizbullah” nəzarət edirdi. Ankara beynəlxalq magistral xəttə nəzarəti də həyata keçirtmək istəyir. Türkiyənin həyata keçirdiyi “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatları da bu planın tərkib hissəsi idi. Hərbi əməliyyatları davam etdirməklə Ankara strateji önəm daşıyan zolağı nəzarətə götürə bilər. Qardaş ölkənin həmin əraziyə 2 milyon suriyalı qaçqını məskunlaşdırma planı ilə regionun etnik tərkibinin də dəyişməsi mümkün görünür. Bununla Türkiyə öz təhlükəsizliyini təmin etmiş olacaq. Burada ən maraqlı nüans M4 magistral xəttidir. Suriyadakı ərazilər arasında strateji baxımdan ən önəmlisi olan M4 magistralı Əl Babdan keçməklə Hələbə qədər davam edir. Marşrutun önəmi o qədər böyükdür ki, Türkiyəyə M4 magistralından cənuba doğru irəliləməyə imkan vermək istəmirlər. Unutmaq olmaz ki, 2011-ci ildən bu yana regionda bütün döyüşlər məhz M4-ə nəzarət uğrunda gedir. İran, İraq və Suriyanı birləşdirən bu yol İraq sərhədindən başlayır, Latakiyada qurtarır və oradan Livana qədər uzanır. İrandan başlayan yol da Ərbil və Mosuldan keçməklə həmin magistrala birləşir. Bu gün Bəşər Əsəd bu qədər önəmli və strateji dəhlizin yalnız kiçik bir hissəsinə - Hələb ətrafı yola nəzarət edə bilir”.
A.Rəşidoğlunun sözlərinə görə, Suriyada və bölgədə savaşın uzun müddət davam edəcəyini təxmin etmək çətin deyil:
“Bunu nəzərə alan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəni uduş mövqeyinə çıxartmaq istəyir. Türkiyə üçün 911 kilometrlik sərhəddə sabitliyə nail olmaq zəruridir. Türkiyə Fərat çayı sahilinə qoşun göndərməklə təhlükəsizlik zolağı qurmağa çalışır. Vaşinqtonun geri çəkilməsi ilə Ankara bu istiqamətdə daha inamla irəliləyir. Məqsəd isə birdir: - Həm Ərdoğan, həm xarici işlər naziri Mövlud Çavuşoğlu, həm də Ordu Komandanlığı dəfələrlə bəyan edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Əməliyyatın yeganə məqsədi təhlükəsiz zona yaratmaqdır. Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması hər nə qədər Qərb dairələri, eyni zamanda Rusiya, İran və ərəb ölkələri tərəfindən birmənalı qarşılanmasa da, onlar Ankaranın bu addımı zərurətdən atdığını qəbul etmiş kimi görünürlər. Həm ABŞ-dan, həm Rusiyadan, həm İrandan, həm də digər bəzi ölkələrdən səslənən yüksək səviyyəli bəyanatlarda Türkiyənin sərhədlərinə olan təhlükələrə qarşı bu addımların atmasının anlaşılan olduğu boşuna vurğulanmır. Dünya gücləri də anlayır ki, Türkiyənin Suriyaya qarşı heç bir ərazi iddiası yoxdur və məqsəd yalnız terror təhlükəsini aradan qaldırmaq, təhlükəsiz zona yaratmaqdır”.
Politoloq bölgədə vəziyyətin çox mürəkkəb olduğunu və mürəkkəbliyin Türkiyə üçün problemlər yarada biləcəyini söyləyib:
“Ankara "təhlükəsiz bölgə" ilə məhdudlaşmaq istəmir. Hərbi əməliyyatdan sonra qaçqınların azad olunmuş ərazilərdə yerləşdirilməsi üçün Türkiyəyə 50 milyard dollar lazım olacaq. Avropa Birliyi açıq bəyan edib ki, Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinə qarşıdır və bu səbəbdən də qaçqınların bölgəyə yerləşməsinə pul ayırmaq barədə düşünmür. Ankara çox mürəkkəb bir şəraitdə hərbi əməliyyatlara başlayıb. Lakin Türkiyənin başqa yolu da qalmamışdı, əks halda terrorçular Türkiyə ilə sərhədi tamamilə ələ keçirə bilərdilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə