Tokayev Bakıya gələcək! – “Rəsmi Nur-Sultan “nəfəslik” axtarır
Yusif Nəzərli
11:34 19.08.2022
Siyasət
1485
“Qazaxıstan mütamadi olaraq Rusiyanın təhdidlərinə məruz qalır”
“Bu təzyiqlər qazax neftinin Rusiya üzərində Avropaya satılması ilə bağlıdır”
“Belə olan halda Tokayev höküməti Xəzər dənizi üzərindən alternativ olaraq Bakı-Tiflis-Ceyhan xətti ilə öz neftini nəql etməyin yollarını arayır”
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfərin avqustun 24-də baş tutacağı gözlənilir. Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.
Dünyada geopolitik qırılmaların baş verdiyi, qütbləşmənin və qarşıdurmalarının artdığı bir vaxtda Tokayevin Azərbaycana səfərini “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Turab Rzayev söyləyib ki, bu səfər xüsusi önəm daşıyır:
“Hətta normal zamanlarda belə Azərbaycan Türkiyə ilə birlikdə Orta Asiya türk dövlətləri ilə sıx iqtiasadi, mədəni, siyasi, hərbi əməkdaşlığın tərəfdarı olub. İndi isə belə həssas məqamda bu ölkələrin daha yaxın əlaqələrinə ehtiyac var.
Hazırkı dönəmdə rəsmi Nur-Sultan çox həssas vəziyyətdədir. Bir tərəfdən ölkədə çox böyük Qərb kapitalı mövcuddur. Digər tərəfdən isə ölkə Rusiya və Çin arasında yerləşir.
Son zamanlar xüsusilə mətbuatda və ictimaiyyət arasında Rusiya ilə Qazaxıstan arasında münasibətlərin korlanmasına dair xəbərlər yayılır. Düşünürəm ki, bu vəziyyətdə Qazaxıstan yeni müttəfiq və dəstəkçilər axtarır. Təbii olaraq, müttəfiqlərin arasında qardaş Azərbaycan və Türkiyəni də görür” .
Qazaxıstanın mütamadi olaraq Rusiya tərəfindən təhdidlərə məruz qaldığını deyən ekspert vurğulayıb ki, bu qazax neftinin Rusiya üzərində Avropaya satılması ilə bağlıdır:
“Belə olan halda Tokayev höküməti Xəzər dənizi üzərindən alternativ olaraq Bakı-Tiflis-Ceyhan xətti ilə öz neftini nəql etməyin yollarını axtarır. Əlbəttə ki, bu da müzakirə mövzularından biridir. Hesab edirəm ki, səfər çərçivəsində ölkələrin iqtisadi, mədəni, siyasi əlaqələri ilə bağlı müqavilələr imzalanacaq. Eyni zamanda, hərbi məsələlər də masada ola bilər. Bundan başqa, qazax neftinin xüsusilə Azərbaycan üzərindən çatdırılması və iki ölkə arasında nəqliyyat-lojistik zəncirinin formalaşdırlması və nəqliyyat dəhlizinin inkişaf etdirilməsi əsas müzakirə predmetlərindən biri olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya