"Turan Ordusu"nun "ayaq səsləri" eşidilir: Türk dünyası bunu yaratmalıdır - AKTUAL
Turan
13:11 05.11.2019
Siyasət
1142
“NATO-nun 2-ci ən böyük və ən döyüşkən ordusu sayılan qardaş Türkiyə ordusu ilə əməkdaşlıq bizim üçün çox önəmlidir”. Bunu Sherg.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Partiya təmsilçisi bildirib ki, Türkiyə hər zaman Azərbaycanın ordu quruculuğunda yaxından iştirak edib:
“Türkiyə hərbiçilərin hazırlanmasından tutmuş, hərbi texniki-təchizata qədər, öz köməyini bizdən əsirgəməyib. İndiyədək 5 mindən çox hərbiçi Türkiyədə təhsil alıb. Bizim region siyasi baxımdan çox qaynar və mürəkkəbdir. Ərazisi kiçik ölkələrin öz təhlükəsizliklərini təmin etmək üçün dost və qardaş dövlətlərin köməyinə ehtiyacı yarana bilər. Bu baxımdan Azərbaycan və Türkiyə dövlətlərinin vahid ordu yaratması dövrün tələbidir. Çünki düşmənimiz Ermənistan Rusiya ilə hərbi əməkdaşlığını çoxdan qurub və genişləndirib”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan ordusunun güclənməsi Türkiyə üçün də vacibdir:
“Güclü Azərbaycan qüdrətli Türkiyə deməkdir. Əlbəttə, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Lakin bu fakt dost və müttəfiq ordu ilə əməkdaşlığımızın vacibliyini azaltmır. Azərbaycan və Türkiyə ordularının əməkdaşlığı digər türk dövlətləri üçün də nümunə olmalıdır. Son nəticədə böyük Turan ordusu yaratmaq isə bütün türk dövlətlərinin arzusu olmalıdır. Əminik ki, bu məqsədlə aparılan işlər gələcəkdə Böyük Turan ideyasının gerçəkləşməsinin əsasını qoyacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə