Türkiyə ilə ABŞ arasında “soyuq müharibə” davam edir: REGİONDA GÜC SAVAŞI
Turan
12:04 08.10.2019
Siyasət
985
“Türkiyə ilə Amerika arasında “soyuq müharibə” davam edir”. Bunu Sherg.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib.
Partiya rəhbəri vurğulayıb ki, Türkiyə həm siyasi, həm də iqtisadi baxımdan böyümək və özünün təhlükəsizliyini təmin etmək üçün addımlar atır:
“Türkiyənin belə gedişləri regionda və dünyada yeni effektiv siyasi oyunçu edir. Uzun illərdir Türkiyəni öz maraqlarının regiondakı təminatçısı və forpostu kimi görən Amerika üçün bu vəziyyət qəbuledilməzdir. Odur ki, ABŞ zaman-zaman müstəqil siyasi kurs yürüdən Rəcəb Tayyib Ərdoğanı zəiflətmək və iqtidardan uzaqlaşdırmaq üçün müxtəlif kombinasiyalar üzərində çalışır. Ancaq xalqın dəstəyinə söykənən AKP hakimiyyəti Qərbin hücumlarını dəf edir. Vaşinqton Suriyadakı proseslərdən öz maraqları naminə Türkiyəyə qarşı istifadə etməyə çalışır. Məhz bu məqsədlə NATO-da müttəfiq olduğu bir ölkənin əleyhinə olaraq terrorçu qüvvələrə silah-sursat yardımı edir. Ancaq Türkiyə hökuməti qurulan oyunun fərqindədir. Qardaş ölkənin gələcək təhlükəsizliyi üçün sərhəddəki terrorçu qruplaşma təhdidi aradan qaldırılmalıdır”.
T.Abbaslının sözlərinə görə, bu günlərdə Türkiyə hərbi əməliyyatlara başlayacaq:
“Bununla bağlı Türkiyə rəhbərliyi müxtəlif bəyanatlar verib və xarici dövlətləri məlumatlandırıb. Düşünürəm ki, Amerika artıq bu reallığı dəyişdirə bilməyəcəyini qəbul etdiyi üçün Tramp səviyyəsində siyasi təhdidlərə keçib. Lakin Qərb ölkələri bilməlidir ki, Türkiyə əvvəlki Türkiyə deyil və heç kim qardaş ölkə ilə təhdid dilində danışa bilməz. ABŞ prezidentinin bəyanatlarını uğursuz siyasi blef kimi qəbul edirəm. Amerika artıq regiondakı siyasətində Türkiyənin dövlət maraqlarını gözardı edə bilməz. ABŞ-ın hazırkı vəziyyətdə edə biləcəyi ən faydalı iş strateji müttəfiq dediyi Türkiyə ilə səmimi və dürüst münasibət qurmasıdır. Əks təqdirdə Amerikanın regiondakı təsir imkanları minimuma enəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə