Türkiyə NATO dövlətlərindən dəstək istəyir - Ekspert
Yusif Nəzərli
00:03 22.07.2023
Siyasət
544
Ən yaxşı imkan yaranıb
“Türkiyə Aİ ilə danışıqları yenidən başlamaq istəyir və ölkə Avropa gündəmini və bizimlə bağlı siyasi yanaşmanı daha üst səviyyəyə qoymaq istəyir".
Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib. Aİ diplomatı bildirib ki, blokun xarici işlər nazirləri Türkiyənin bu çağırışına necə cavab verməyi müzakirə etməlidir: "Bilirsiniz, Ukraynanın Aİ-yə üzvlüklə bağlı namizədlik statusu bizim qonşuluğumuzda yeni dinamika yaradıb. Ukraynanın namizədliyi bütöv Balkanlarda bu prosesi sürətləndirəcək və təbii ki, Türkiyə də bu oyunda iştirak etmək istəyir". Ali nümayəndə əlavə edib ki, Aİ ilk olaraq Gömrük İttifaqının modernləşdirilməsinə və həmçinin Türkiyə ilə viza liberallaşması məsələsinə baxacaq. Qeyd edək ki, Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano isə bir neçə gün əvvəl Avropa İttifaqının Türkiyəyə vizasız rejim təqdim etməyə hələ hazır olmadığını bəyan etmişdi.
Politoloq Turab Rzayev isə “Sherg.az”a açıqlamasında deyib ki, Türkiyə yaranmış vəziyyətdən yararlanaraq Avropa Birliyinə daxil olmaq üçün NATO dövlətlərindən dəstək istəyir: “Türkiyə açıq şəkildə öz gözləntilərini bəyan edib. Həm də sadəcə İsveçdən yox, Aİ və ABŞ qarşısında da öz istəklərini ifadə edib: “Ona görə də qarşı tərəf nəsə demək məcburiyyətindədir. Türkiyə ABŞ-dən F16, F35 və digər silahlarla bağlı qadağasının götürülməsini istəyir. Aİ-nin də bütün embarqoları götürməsini və vizasız rejimə keçid istəyir. Hansı ki, Türkiyə suriyalılarla bağlı müqavilə imzalanan zaman ona bunun sözü verilmişdi. Türkiyə suriyalıları qəbul etdi, lakin Avropa öz vədinə əməl etmədi. Bilirsiniz ki, Türkiyənin Avropa İttifaqı ilə sərbəst Gömrük Birliyi sazişi var. Bu saziş yeniləndikdə Türkiyənin Avropadakı bazara sərbəst daxil olmaq imkanları məhdudlaşdırıldı. Ona görə də rəsmi Ankara yenidən Avropa İttifaqı ilə siyasi anlaşma əldə etməsə də, iqtisadi cəhətdən "açıq bazar" prinsiplərinin yenidən onun üçün şamil olunmasını istəyir.
Düşünürəm ki, Türkiyə tezliklə Avropa İttifaqına üzv ola bilməsə də, onun Gömrük Birliyi sazişi və viza məsələlərində müəyyən güzəştlərdən istifadə etməyə nail ola bilər. Türkiyənin Avropa İttifaqına daxil olması kifayət qədər çətin məsələdir. Amma Türkiyə də haqlı olaraq etiraz edir ki, 50 ildir bunun üçün çalışırlar. Ukrayna və İsveçlə bağlı qərarlar tezləşdirilir, Türkiyə üçün müxtəlif maneələr yaradılır. Fikrimcə, Türkiyəni Aİ-yə qəbul etməmək üçün silah embarqosunu qaldıracaq və vizayla bağlı müəyyən şərtlər sadələşdiriləcək. Tamamilə vizasız rejimin tətbiqinə ehtimal vermirəm. Yəni Türkiyənin Avropa İttifaqına üzvlüyünü ABŞ, Böyük Britaniya, NATO dəstəkləsə belə, Avropa İttifaqının yekun qərarı ilə bu baş tutmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya