Bu, perspektivin qarşısını almaq istəyən Moskvanın imkanlarını zəiflədir
Türkiyənin mesajı ünvanına çatıb - ŞƏRH
Yusif Nəzərli
13:31 21.07.2023
Siyasət
449
Rus sülhməramlıları tezliklə Qarabağdan çıxacaq
Bu, perspektivin qarşısını almaq istəyən Moskvanın imkanlarını zəiflədir
Bu, perspektivin qarşısını almaq istəyən Moskvanın imkanlarını zəiflədir
“Türkiyə 2020-ci ilin 9 noyabrında imzalanan və rus sülhməramlılarının Qarabağda olmasını nəzərdə tutan üçtərəfli bəyanatda tərəf deyil”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhməramlıların 2025-ci ildə Qarabağı tərk edəcəyi ilə bağlı çıxışına cavab olaraq bildirib. Zaxarova deyib ki, məhz bu sənəddə sülhməramlıların hansı əsaslarla Qarabağda qalması, hətta bu müddətin uzadılma ehtimalı qeyd olunub: "Komissiya bölgədə atəşkəsin və sabitliyin qorunmasına şərait yaradır. Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə daxil olmaqla, regiona maraqlı digər qüvvələrin maraqlarına uyğundur”.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, Moskva Zaxarovanın diliylə “Türkiyə qarışmamalıdır” mesajını verir. Ekspertin sözlərinə görə, əslində Türkiyə təkcə siyasi yox, həm də hüquqi baxımdan tərəfdir: "Mariya Zaxarovanın istinad etdiyi 10 noyabr razılaşmasının 8-ci bəndində qeyd olunur:
“Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”. Bu razılaşmaya əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb, türk əsgəri də bu razılaşmaya uyğun olaraq bölgəyə daxil olub.
Monitorinq Mərkəzinin praktiki baxımdan nə qədər effektiv olub-olmaması başqa məsələdir, amma Üçtərəfli razılaşmaya əsasən, Ağdama əsgər göndərən Türkiyə bu razılaşmanın hüquqi tərəfidir. Digər yandan, Qarabağ Azərbaycan ərazisidir. Azərbaycanla Türkiyə arasında 44 günlük müharibədən əvvəl imzalanan müqavilələr də, müharibədən sonra imzalanan Şuşa bəyannaməsi də bizim ərazimizlə bağlı məsələlərdə Ankaranı hüquqi tərəfə çevirir".
Politoloq diqqətə çatdırıb ki, Türkiyənin rus sülhməramlılarının zamanı çatanda Qarabağdan çıxmasını istəməsinin hüquqi əsasları var: "Moskvanı narahat edən qaçılmaz perspektivdir. Azərbaycan üçtərəfli razılaşmanın 4-cü bəndində qeyd olunduğu kimi, sülhməramlı missiyasının bitmə müddətinə 6 ay qalmış buna xitam verilməsi üçün müraciət edəcək, hazırkı proseslər də buna doğru inkişaf edir. Ankaranın belə mövqe sərgiləməsi isə Bakının mövqeyini gücləndirir, bu, perspektivin qarşısını almaq istəyən Moskvanın imkanlarını zəiflədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya