
Ukrayna-Azərbaycan münasibətləri hansı səviyyədədir? -RƏY
12:45 12.12.2023
Siyasət
527
11 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, nazirlər iki ölkə arasında mövcud olan dost və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.
Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Çoxtərəfli platformalarda əməkdaşlığın davam etdirilməsi, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyət qeyd olunub.
Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə regionda baş verən son hadisələr və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə arasındakı münasibətləri "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan və Ukrayna bir-birini beynəlxalq platformarda dəstəkləyir:
"Baxmayaraq ki, Rusiya bizim Şimal qonşumuzdur, lakin Azərbaycan Ukraynanın ərazi bütövlüyü müstəvisində ardıcıl niyyətini ifadə edir. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Eyni zamanda qarşılıqlı hörmət və dəstəyi özümüz üçün tələb edirik. Digər tərəfdən Ukraynada müharibə başlayandan sonra Azərbaycan dəfələrlə rəsmi Kiyevə hümanitar əsaslı yüklər göndərib. Bununla da biz hümanist dəyərlərdən çıxış etdiyimizi bir daha bəyan etdik. Azərbaycan dövləti iki dəfə müharibə görüb, qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalıb. Ona görə də Azərbaycan üçün həmin problemlər tanışdır və insanlıq naminə belə münasibət sərgiləyir".

Ekspert həmçinin, Azərbaycan və Ukrayna arasında enerji, nəqliyyat və hümanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib:
"Əldə olunan nəticələri bir qədər də inkişaf etdirmək tələb olunur. Bu xüsusda Azərbaycan və Ukrayna XİN-in görüşü zamanı münasibətlərin dərinləşdirilməsi dair mövqe ortaya qoyuldu. Çünki çoxtərəfli platformalarda da əməkdaşlığın davam etdirilməsi zəruri xarakter daşıyır. GUAM təşkilatının inkişaf səviyyəsi qaneedici deyil. Çünki müasir dünyada gedən qlobal çağırışlar müstəvisində bu təşkilatın da rol oynaması vacibdir. İki ölkə arasında hümanitar və mədəni sahələr üzrə də çox yaxşı münasibətlər var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə