Vaşinqton sözünü tutmalıdır
11:43 15.07.2023
Siyasət
523
F-16 qırıcılarının Türkiyədə olması ABŞ və NATO-nun maraqlarına uyğundur
Əslində bu məsələdə hansısa əngəl yoxdur və tezliklə həllini tapmalıdır
ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, modernləşdirilmiş F-16 qırıcılarının Türkiyədə olması ABŞ və NATO-nun maraqlarına uyğundur. Onun sözlərinə görə, NATO üzvlərinin Alyansı güclü etmək üçün lazım olan texnologiyaya sahib olması mühümdür. Blinken Ankaranın F-16-ların tədarükü ilə bağlı Konqresin hər iki palatasının ayrı-ayrı üzvlərinin etirazlarının necə aradan qaldırılacağına da münasibət bildirib: “İsveçin NATO-ya müraciəti və Türkiyə üçün F-16-ların tədarükü həmişə ayrı-ayrı məsələlər kimi nəzərdən keçirilir. Burada vacibdir ki, NATO üzvləri birgə və əlaqəli şəkildə hərəkət etsin. Türkiyənin bu texnologiyalara sahib olması vacibdir”.
Ankara Universitetinin professoru Toğrul İsmayıl "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə və Amerika Birləşmiş Ştatlarının münasibətləri uzun zamandır təzadlı, qarışıq formada davam edir. Politoloq bildirib ki, xüsusən, ABŞ-nin Türkiyəyə qarşı tətbiq etdiyi təktərəfli siyasət nəticəsində tərəflərin münasibətləri problemli vəziyyətə gəlib çıxıb: "Düzdür, Türkiyə və ABŞ rəhbərliyi, digər rəsmilər müttəfiq ölkələr kimi zaman-zaman bir araya gəlir, görüşür, müzakirə aparırlar. Hər iki ölkə NATO üzvüdür. Bir çox yerdə ortaq hərəkət edirlər. Ancaq ortada uzun zamandır müzakirə olunan problemli məqamlar da var. Həmin məsələlərdən biri də hərbi texnikaların Türkiyəyə tədarükü ilə bağlıdır. ABŞ Türkiyənin Rusiyadan S400 hava hücumundan müdafiə sistemlərini almasını bəhanə edərək Ankaranın da ortaq olduğu F35 qırıcılarının Türkiyəyə satışını qadağan etdi. Türkiyəni bu sistemdən çıxartdı. Halbuki Türkiyə dövləti hərbi təyyarələrin pulunu əvvəlcədən ödəmişdi. İndi Ankara hökuməti buna qarşılıq ABŞ-dən F16-lar tələb edir. Vaşinqton söz versə də, yerinə yetirmədi. Müxtəlif bəhanələrlə prosesi uzatdı. Ən son bəhanələrdən biri İsveçin NATO üzvlüyünə Türkiyənin "yaşıl işıq" yandırması idi. Nəticədə Türkiyə İsçevin hərbi alyansa daxil olmasına icazə verdi".
Professor vurğulayıb ki, Amerikanın tərəfli siyasət yürütdüyü göz önündədir: "ABŞ belə məsələlərdə müttəfiq kimi öz öhdəliyini yerinə yetirməlidir. Lakin görürük ki, Amerika məsələləri daha çox öz maraqları çərçivəsində həll etməyə çalışır. Əslində bu məsələdə hansısa əngəl yoxdur və tezliklə həllini tapmalıdır. Ancaq ABŞ Senatında anti-Türkiyə mövqeyində olan senatorların varlığı və digər amillər problemlər yaradır. Amma ABŞ məsuliyyət daşıyan bir dövlət kimi bu məsələni həll etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya