Xələf Xələfov: Azərbaycan İranla əlaqələrin dərinləşdirilməsinə sadiqdir
Yusif Nəzərli
06:33 21.10.2025
Siyasət
311
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Tehranda İran xarici işlər naziri Abbas Araqçi ilə görüşünə dair detallar məlum olub.
APA İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Araqçi Azərbaycanla İran arasında hərtərəfli əlaqələrin genişlənməsi və bu yolda hər cür maneənin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
İranlı nazir Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə regionda sülh və təhlükəsizliyin möhkəmlənəcəyinə ümidvar olduğunu dilə gətirib.
Məlumatda qeyd edilib ki, Xələf Xələfov görüşü müsbət və konstruktiv olaraq xarakterizə edib.
O, İran Prezidenti Məsud Pezeşkianın Bakıya uğurlu səfərini xatırladaraq, Azərbaycanın İranla müxtəlif sahələrdə əlaqələrinin dərinləşdirilməsinə sadiq olduğunu bəyan edib.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Azərbaycan-İran müştərək iqtisadi komissiyası və siyasi məşvərətlər komitəsinin, eləcə də nəqliyyat sahəsindəki ortaq layihələrin ikitərəfli əlaqələr gündəliyinin mühüm komponentlərindən olduğunu bildirib.
"Xüsusilə də nəqliyyat, elektrik enerjisi, kommunikasiya marşrutları sahələrində bəzi birgə layihələrin davam etdirilməsi və yekunlaşdırılması qeyd edilib", - məlumatda əlavə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət