Yalançı birlik görüntüsü: Bu, adamlar heç vaxt vahid mövqedə ola bilməzlər - AKTUAL
Turan
10:28 06.11.2019
Siyasət
737
“Müxalifətin ön sıraları yenilənməli, yeni simalar gəlməlidir”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Millət vəkili bəyan edib ki, 30 ildir müxalifətdə olan insanların təfəkküründə heç bir dəyişiklik baş verməyib:
“Dünya dəyişir, reallıqlar dəyişir, amma müxalifət həminkidir. Necə deyərlər, “köhnə hamam, köhnə tas”. Bu, masada müzakirə olunan məsələlər və bu, məsələlərə iştirakçıların yanaşması onu göstərdi ki, onların arasında özləri üçün fundamental hesab etdikləri məsələlərdə heç bir razılaşma yoxdur. Məsələn, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mövqeyindən bəlli olur ki, onlar, əsas etibarı ilə mitinqlərin keçirilməsi məsələsində birgə fəaliyyət mexanizminin qurulması ətrafında müzakirələr aparıblar. Amma son nəticədə məlum olub ki, bu, məsələlərdə də, ortaq mövqeyə gəlmək onlara nəsib olmayıb. İştirakçıların siyahısına baxdıqda, görürük ki, hər biri özünün bütöv müxalifətin lideri olmaq iddiasındadır. Əli Kərimli bu iddiasını heç gizlətmir də. Əli İnsanov isə ilk dəfə idi ki, onlarla bir masa ətrafında əyləşirdi.
Bir çoxları Əli Kərimlini ittiham edir ki, vaxtilə müxalifəti özünün əsas düşməni hesab edən Əli İnsanovla niyə bir masa ətrafında əyləşib müzakirə aparır. Belə söyləyirlər ki, Əli İnsanov öz cildini dəyişib. Qeyd edirlər ki, Əli Kərimli onunla bir masa ətrafında müzakirə apararkən Əli İnsanovun səviyyəsinə enmiş olur”.
Parlament üzvünün sözlərinə görə, müxalifət dairələrinin özləri bir-birini ittiham edir:
“Məlum oldu ki, tərəflərin hər birinin öz ambisiyası var. Ən ciddi məsələlərdə bir-birinin mövqeyini qəbul etmirlər. Sadəcə müxalifətin birlikdə olmasının görüntüsünü yaratmaq üçün bir araya toplaşıblar. Ən çox tənqid olunan məsələ onunla bağlıdır ki, bu adamlar birləşib vahid mövqe ortaya qoymaq iqtidarında deyil. Əslində, onlar toplaşmaqla demək istəyirdilər ki, müxalifət bir araya gəlib vahid qərar qəbul edə bilər. Amma məlum olur ki, sonda heç bir qərar qəbul edilməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə