YAP-dan açıqlama: "Qərara gəldik ki parlament də yenilənsin"
Ayyət Əhməd
11:07 28.11.2019
Siyasət
650
Bu gün saat 11:00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclasında Milli Məclisin buraxılmasına dair qərar qəbul olunub.
Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.
İclasdan sonra YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov mətbuat konfransı keçirib.
"Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan dövləti və cəmiyyəti üçün mühüm qərar qəbul edib" - deyən Əli Əhmədovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm islahatlar aparılır.
O bildirib ki, 2019-cu il ərzində Prezidentin təşəbbüsü və imzaladığı sərəncamlarla əhəmiyyətli sosial layihələr həyata keçirilib.
Ə.Əhmədovun fikrincə, ölkə başçısının islahatları cəmiyyət müsbət qarşılayıb.
O deyib ki, Azərbaycanda hakimiyyətin iki qolunda - icra hakimiyyətində və məhkəmə hakimiyyətində mühüm islahatlar keçirilib.
Ə.Əhmədov bildirib ki, YAP üzvləri belə qərara gəlib ki, Prezidentin islahatları qanunverici hakimiyyətdə də əksini tapsın:
“YAP-ın Siyasi Şurası qərara aldı ki, Azərbaycan parlamentinin də yenilənməsi, müasirləşməsi də islahatlar prosesinə aid edilsin. Buna görə də parlamentin buraxılmasına dair Prezidentə müraciət ünvanlanıb. Parlamentdə YAP- ı təmsil edən deputatlar qərara gəldilər ki, Milli Məclisə müraciət ünvanlansın. Güman edirəm ki, parlament rəhbərliyi bunu nəzərə alıb, Milli Məclisin plenar iclasında məsələni müzakirəyə çıxaracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya