
Yeni "ağa" sevdası: Ermənistan hazırda Rusiyanı arxadan vurmaqla məşğuldur -ŞƏRH
Yusif Sultanoğlu
14:00 09.05.2024
Siyasət
810
Elə bir xalq düşünün ki, dünyaya hegomonluq edən bir dövlətin çətiri altında böyüsün, daha sonra isə həmin ölkəni Qərbə qurban versin?
Bəli, söhbət Azərbaycana qarşı soyqrımları ilə məşhur olan Ermənistandan gedir.
Son vaxtlar Ermənistan-Rusiya münasibətləri pisləşən templə davam edir. Bunun əsas səbəblərindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın qərbyönlü siyasət aparmasıdır. Uzun müddət Rusiyanın himayəsində böyüyən Ermənistanın Qərbə sığındığının şahidi oluruq. Ermənistan Şimal qonşumuzu bütün gücünü sıxaraq kollektiv Qərblə qarşı-qarşıya qaldığı bir vaxtda satdı. Ermənistan açıq şəkildə Qərbə də xəyanət edir. Rusiyaya sanksiyalı mallar satır. “The New York Times” qəzeti ABŞ-ın və Avropa İttifaqının yüksək vəzifəli vergi və ticarət rəsmilərinin bu il martın 24-də keçirilmiş görüşündə səslənmiş faktları açıqlayıb. Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunub. Qərbpərəst olduğunu hər addımında bəyan edən ölkə Moskvanın düşdüyü hazırkı durumu özünə mənfəət yeri kimi görüb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, ümumiyyətlə ermənilər xəyanətkar toplumdur:

“Öz mövcudluğuna görə ömrü boyu Rusiyaya borclu olmalı olan Ermənistan hazırda rəsmi Moskvanı arxadan vurmaqla məşğuldur. Əgər Rusiya olmasa idi, Ermənistan indiki Azərbaycan, qədim türk torpaqlarında mövcud ola bilməzdi. 200 ildən artıq mövcudluqlarını Rusiya ilə təmin edən xalq Fransanın qismində özlərinə yeni “ağa” tapıblar. Fransanın vasitəsilə antirusiya ovqatında çıxış edirlər. Eyni zamanda, antirusiya koalisiyası aparanların dəyirmanlarına su tökürlər. Ermənistan ərazisində Rusiyanın hərbi qüvvələri ola-ola NATO və Amerika ilə əməkdaşlıq aparırlar. Rəsmi Parisin silahları ilə təchiz olunan Ermənistana Fransa ordusunun gəlməsilə ilə bağlı bəyanatların şahidi oluruq. Bu gün Fransanın erməni sevgisi, Ermənistanın isə fransız sevgisinin necə qabardığını görürük. Fransa belə xəyanətkar xalqa dəstək olmamalıdır. Dəstək olan siyasətçiləri isə baykot etməlidir. Çünki Rusiyaya qarşı bunları edən bir xalq Fransaya nələr etməz ki? Ermənistan ilk fürsətdə Fransaya qarşı mümkün olan bütün xəyanətləri edə bilər. Dünyadakı bütün dövlətlər Ermənistanın xəyanətkarlığından xəbardar olmalı və münasibət qurarkən diqqətli olmalıdırlar. Həmin dövlətlər Ermənistanla əməkdaşlıqları dayandırmalı və rəsmi İrəvanı cəzalandırmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya
Sumqayıt yenidən qara tüstüyə bürünüb - Ekoloqdan SOS
15:28 28.07.2026
Aktual