Zahid Oruc: Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməliyik
Zahid Oruc: Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməliyik
Yusif Sultanoğlu
03:56 08.05.2024
Siyasət
468
Azərbaycanın sanksiyalara cavabı "Böyük Qayıdış"ı gücləndirmək, regionda sülhü qazanmaq olmalıdır
"Qələbəmizə qarşı BMT-dən başlayan sanksiya planları iflasa uğrayandan sonra indi Amerika Konqresində ölkəmizin seçilmiş adamlarına qarşı cəza layihəsi işə salınıb:
"Araşdırmalar göstərir ki, sənədi ilk dəfə hazırlayan Konqresin “Tom Lantos İnsan Hüquqları Komitəsi”, habelə Tom Lantos Fondu eynilə 1992-ci ildə 907-ci düzəlişin də təşəbbüskarları və müəllifləridir". Bunu Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Deputat bildirib ki, üstündən 32 il keçməsinə baxmayaraq, Lantoslar ailəsinin əliylə dünya erməniçiliyi ölkəmizə qarşı siyasi şantaja əl atır:
"Argentinanın ən varlı adamı, “aeroport maqnatı” kimi tanınan Eduardo Ernekyanın sədrlik etdiyi Raul Vallenberq adına İnsan Haqları İnstitutu, eyni adlı Fond da hörümçək toru quraraq, sanksiyaları təşviq edir, qlobal hüquq və ədalət strukturlarında mütəşəkkil dəstə, “beynəlxalq hüquq mafiyası” kimi gecə-gündüz əleyhimizə işləyirlər”. Onun sözlərinə görə, 90-cı illərin 1 milyon məcburi köçkün, qaçqın, məğlub ölkəsi ilə müqayisədə indi bizi Zəfərimizə görə cəzalandırırlar: “Əlləri çatsa, təkcə Vətən müharibəsinin qəhrəmanlarına qarşı deyil, bütün xüsusi təyinatlılarımıza, komandoslara, hər bir şəhidimizə, bir sözlə, bütün Azərbaycan ordusuna qarşı hərbi hökmlər çıxararlar. Xalqımızın müqəddəs simvoluna çevrilən 44 rəqəmini ləkələmək üçün “44 Azərbaycan rəsmisi” ifadəsinin seçilməsi də sübut edir ki, 8 noyabr Zəfəri təkcə bir ölkə üzərində qazanılmayıb”. Zahid Oruc bildirib ki, dövlət elitasında parçalanma və daxili inamsızlıq yaratmaq üçün bir sıra mühüm nazirlərin, rəsmilərin adları siyahıya salınmayıb: “Sənədin birinci variantından “türkiyəli komandirlər” Bəhtiyar Ersay, Şeref Önqay, Göksel Kahyanın adlarının sonradan çıxarılması Türkiyəni Azərbaycanla birləşdirməkdən çəkinmənin nəticəsidir”. Deputat qeyd edib ki, ABŞ Konqresi və Fransa Senatı ilə müqayisədə Ermənistan parlamenti sülh göyərçini kimi görünür: ““Gürcü arzusu”nun lideri İvanişvli haqlı olaraq, onları “qlobal müharibə partiyası” adlandırır. Bizdən xarici siyasət kursumuzu dəyişməyi, Ağ Evin və Brüsselin təsir agentlərinə çevirdikləri qeyri-hökumət təşkilatlarına rəsmi hakimiyyət verməyi tələb edirlər. Bu il aprelin 24-də Cozef Baydenin “Artsax” kəlməsini işlətməməsi və Xankəndidə “etnik təmizləmə” iddiasına “sıfır reaksiyası “sənəd”i heç bir hüquqi əsası olmayan “erməni aktı”na çevirir. Siz riyakarlığa baxın ki, Bob Menendesin korrupsiyaya əməllərinin ifşasından sonra indi konqresmen Henri Kuelyanı, guya, Azərbaycandan rüşvət almaqda ittiham edərək, ölkəmizin dostlarını linç etməyə qalxıblar. Ona görə Azərbaycan dövlətinin sanksiyalara cavabı "Böyük Qayıdış"ı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması, qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməsi, region dövlətləri ilə konfrontasiyaya getməməsi, nəhayət, torpaqlarımızın işğalına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını “qara siyahı”da dünyaya sülhün düşmənləri kimi göstərmək olmalıdır. Yəni Paşinyanı Bakıya dəvət etmək olar, məğlubların, siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu isə birdəfəlik bağlanmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı