Zatulin yenə “suyu bulandırır” - Məqsəd Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır
Turan
08:50 17.12.2019
Siyasət
737
İrəvanda “Lazarev klubu”nun növbəti iclas şousunu keçirən Rusiya Dövlət Dumasının deputatı, klubun təşkilat komitəsinin sədri Konstantin Zatulin yenə suyu bulandırmağa çalışıb. Zatulin çıxışında 2016-cı il aprel savaşını “hərbi təxribat” adlandırıb. Dumanın deputatı iddia edib ki, bu “təxribat”ın təşəbbüskarı Azərbaycandır.
Zatulinin sərsəm qənaətinə görə, münaqişə bölgəsində status-kvonun pozulmasında maraqlı olan da məhz Azərbaycan tərəfidir:
“Bakı bu problemin hər hansı bir şəkildə, o cümlədən hərbi yolla həllinin vacibliyi barədə çox danışır”. Klubun iclasında Zatulin maraqlı bir məsələyə də toxunub və yeni kitabının adını açıqlayıb: “Ermənistan-Qafqazda Rusiyanın İsraili”. Bu ad özü Ermənistanın vassal durumda, bir alət rolunda olduğunun birbaşa təsdiqidir. Zatulin ermənilərə demək istəyib ki, ABŞ dövləti İsraili Yaxın Şərqdə bütün ərəb dünyasından və bəzi islam ölkələrindən necə müdafiə edirsə, Rusiya da Ermənistanı Türkiyə və Azərbaycandan qoruyacaq. Bu məsələyə münasibət bildirən bəzi erməni ekspertlər isə deputata “yaxşı olardı ki, Rusiya Ermənistandan əl çəksin” cavabını veriblər.
Zatulinin növbəti təxribatını “Şərq”ə dəyərləndirən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Rusiya Dövlət Dumasının buna bənzər çıxışları çox olub. Ekspertin sözlərinə görə, Zatulin kimilərin məqsədi qonşuluq münasibətlərinə zərbə vurmaqdır:
“O, ilk dəfə deyil ki, bu cür absurd fikirlər səsləndirir. Uzun illərdir, Rusiyadakı erməni lobbisinin üzvləri və onların himayə etdiyi şəxslər Azərbaycana qarşı təxribatlar hazırlayırlar. Əfsuslar olsun ki, bu təxribatların qarşısı bizi özünə müttəfiq sayan Rusiya tərəfindən vaxtında alınmır. Hər bir halda Azərbaycan tərəfi qonşu ölkələrin bütün rəsmilərindən siyasi etikaya və obyektivliyə uyğun davranmağı tələb edir. Hər kəsə məlumdur ki, Qarabağ münaqişəsində günahkar tərəf məhz təcavüzkar Ermənistandır. Çünki bizim torpaqlarımızı işğal edib və uzun zamandır işğalda saxlayır”.
Analitik Zatulinin aprel döyüşləri haqda səsləndirdiyi fikirlərə də münasibət bildirib:
“BMT-nin 51-ci maddəsi və digər beynəlxalq təşkilatların qəbul etdiyi qanunlar Azərbaycana imkan verir ki, zəbt edilmiş torpaqlarımızı istənilən yolla geri alaq. Ona görə də Azərbaycanın müharibəyə başlaması, hərbi yola zaman-zaman üstünlük verməsi Zatulin kimilərdə qıcıq oyatmamalıdır. Bu, Azərbaycanın suveren haqqıdır. Əgər ermənilər öz əməllərindən geri çəkilməzsə, bu münaqişənin həlli savaşla olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə