Zaur Məmmədov: 2025-ci ildən sonra bölgədə vəziyyət dəyişəcək
Yusif Sultanoğlu
05:28 26.03.2024
Siyasət
663
"Nə qədər ki Rusiya-Ukrayna savaşı gedir, Türkiyədəki mövcud hakimiyyət davam edir, Ermənistanda hakimiyyətin başında Nikol Paşinyandır, bu fürsətdən istifadə etməliyik".
Bu barədə "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, o, 2025-ci ildən sonra bölgədə vəziyyətin dəyişəcəyini güman edir:
"Hazırda Azərbaycan çox ağıllı siyasət apararaq, balansı qoruyur. Amma Cənubi Qafqazda başqa siyasi elitaların, qrupların formalaşması ehtimalı var. İndi Ermənistan hökuməti, xüsusən baş nazir Nikol Paşinyan həm konstitusiyada nəzərdə tutulan dəyişikliklər, həm də sərhədlərin müəyyənləşməsi ilə bağlı erməni ictimaiyyətini başa salmağa çalışır. Hökumət deyir ki, ictimaiyyət bununla razılaşmalıdır. Əslində paradoksal haldır. Çünki erməni cəmiyyətini çox yaxşı tanıyırıq. Erməni cəmiyyəti daim türkə nifrəti ilə seçilib. Nəinki 4 kəndi, bir kəndi, bir qəsəbəni belə könüllü qaytarmaq düşüncəsində olmayıblar. Sual olunur, necə olur ki, ermənilər İrəvan hökumətinə qarşı etirazlara başlamır? Hətta əksinə, baş nazirə dəstək verirlər. Görünən odur ki, Ermənistan hökuməti proseslərə nəzarət etməyi bacarır. Şübhə yox ki, Qərb Azərbaycana təzyiqlərini davam etdirəcək. Müxtəlif təsisatlarda anti-Azərbaycan çıxışlar olacaq. Ölkəmizi "müharibəyə başlamaqda" ittiham edəcəklər. Buna baxmayaraq, Qərbin ağıllı mərkəzləri - NATO kimi qurumlar başa düşürlər ki, məqsəd öz rəqiblərini Cənubi Qafqazdan çıxartmaqdırsa, bu, Azərbaycansız mümkün ola bilməz. Azərbaycanla hesablaşmağın da yolu - məğlub Ermənistanın qalib Azərbaycanın şərtlərini yerinə yetirməsidir. Ondan sonra Qərb bölgəyə istədiyi rakursdan baxa bilər. Amma Fransa kimi qərəzli mövqe sərgiləməklə, Avropa İttifaqının "mülki missiyası"nın gözü ilə şərti sərhədlərdən Azərbaycanı izləməklə Cənubi Qafqaza girmək istəyirlərsə, bu, alınmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi