Zaxarovanın fikirləri ziddiyyətlidir: “O, “Lavrov planı”nı nəzərdə tutur, amma...
Turan
12:15 19.10.2019
Siyasət
925
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə razılaşdırılmış sənədlərimiz var”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hər il keçirdiyi ənənəvi brifinqdə deyib. Rusiya XİN təmsilçisinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əsas vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin həllini mümkün qədər tezləşdirməkdən ibarətdir”. Zaxarovanın açıqlaması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Siyasi şərhçilərin qənaətincə, reallıqda Azərbaycan və Ermənistan tərəfinin birgə razılıq verdiyi heç bir həll sənədi mövcud deyil. Ola bilər ki, XİN sözçüsü sadəcə Kremlin “razılaşdığı” hansısa həll paketini nəzərdə tutur.
Rusiya XİN rəsmisinin açıqlamasını “Şərq”ə analiz edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Zaxarova ənənəvi olaraq mücərrəd fikirlər səsləndirib.
Partiya təmsilçisinin sözlərinə görə, problemin həlli üçün Rusiyanın “razılaşdırılmış” sənədlərimiz var” bəyanatı reallığı əks etdirmir:
“Çox güman ki, Zaxarova “Lavrov planı”nı nəzərdə tutur. Bu plan indiyə qədər dəfələrlə müzakirə edilsə də, konkret nəticə əldə olunmayıb. Əslində “Lavrov planı” heç də yeni mövzu deyil və 2008-ci ildən müzakirə obyektidir. Burada yeni məqam 5 rayonun qaytarılması qarşılığında Dağlıq Qarabağa keçici statusun verilməsi təklifidir. Azərbaycan tərəfi bu təklifi ümumilikdə qəbul etsə də, statusun formasında və səlahiyyətlərində razılıq əldə olunmayıb. Problem Dağlıq Qarabağın türk əhalisinin keçici qurumda təmsilçiliyinin olmamasıdır. Ona görə də belə bir sənədə imza atmaq gələcəkdə böyük əngəllər yarada bilər. Dövlət başçısı İlham Əliyev “Valday” konfransında məsələ ilə bağlı öz qəti mövqeyini ortaya qoydu. Cənab İlham Əliyev “Dağlıq Qarabağ xalqı” terminini tamamilə rədd edərək bölgənin erməni və türk əhalisinin eyni hüquqlara malik olması fikrini bir daha yüksək tribunadan diqqətə çatdırdı”.
Politoloq vurğulayıb ki, 2017-ci ildə Minsk Qrupunun amerikalı həmsədri Endryu Şofer bölgəyə səfəri zamanı 7 rayonun qaytarılması təklifini irəli sürmüşdü:
“O zaman bu təklifin arxasında separatçı rejimə kiçik statusla yanaşı, Laçın dəhlizinin Ermənistanın nəzarətinə verilməsini nəzərdə tutulurdu. Əslində, bu təklifi korrektə edərək Laçın dəhlizinə hər iki tərəfin birgə nəzarəti şərtinə razılıq vermək olardı. Türkiyə ordusunun Suriyada müzəffər olması dünya güclərinin diqqətini bu bölgəyə yönəltdi. Yaxın Şərqdə baş verən hadisələr bir daha sübut etdi ki, güc faktoru və inadkarlıq nümayiş etdirmədən milli təhlükəsizliyin təminatı üçün mövqe ortaya qoymaq mümkün deyil. Türkiyə silahlı qüvvələrinin və hörmətli Ərdoğanın israrlı və qəti qərarından sonra ABŞ və Rusiya qardaş ölkənin bölgədəki haqqını tanımağa məcbur oldu. Heç şübhə yox ki, bu zəfərdən sonra türk xalqının özgüvəni daha da artacaq. Dağlıq Qarabağ probleminin həlli üçün də eyni mövqeni davam etdirməliyik. Ötən günlərdə sərhəd rayonlarımızın “Qarabağ yürüşü” aksiyasını təqdirəlayiq hesab edirəm. Biz israrla və inadla torpaqlarımızın işğaldan azad olunmasını tələb etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə