
Zəngəzur dəhlizinin reallaşması ləngiyir - RƏY
13:10 20.07.2024
Siyasət
597
Rəsmi İrəvan bu məsələdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə biləcəyinə ümid bəsləyirdi, alınmadı
Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında regional nəqliyyat və kommunikasiya yollarının açılması üzrə danışıqların mərkəzindədir. Birmənalı qəbul olunur ki, Zəngəzur dəhlizinin açılması regional iqtisadiyyata, ticarətə və geosiyasi vəziyyətə əhəmiyyətli təsir göstərəcək. Qeyd edək ki, 2020-ci ilin noyabrında imzalanmış atəşkəs razılaşması bu dəhlizin açılmasını nəzərdə tutsa da, praktiki reallaşma üçün tərəflər arasında əlavə razılaşmalar, müzakirələr tələb olunur. Dəhlizin açılması üçün həm Azərbaycan, həm də Ermənistan ərazilərində infrastrukturun qurulması və təkmilləşdirilməsi vacibdir ki, bu da zaman tələb edən prosesdir. Rusiya Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir və bu prosesə nəzarət edir. Türkiyə Azərbaycanın əsas müttəfiqi olaraq Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir və regionda iqtisadi və strateji maraqlarını güdür. İran və Gürcüstan da bu prosesə maraqlıdır. Çünki dəhlizin açılması onların da regional nəqliyyat və ticarət imkanlarına təsir edəcək. Ancaq dəhlizin nə zaman açılacağını dəqiq proqnozlaşdırmaq çətindir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Zəngəzur dəhlizinin açılması sazişi tamamlayacaq yekun addımdır: "Biz bu yolda pozitiv qərarların gecikmədən qəbul edilməsini istəyirik. İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq".
Ərdoğan vurğulayıb ki, Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji marşrutdur: "İran və Azərbaycan hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə onlar üçün daha asan olacaq". Ermənistan parlamentinin “Ayakve” təşəbbüs qrupunun üzvü Armen Manvelyan deyib ki, Vaşinqton İrəvandan Bakının bütün tələblərinin icrasını tələb edir: “Söhbət yeni konstitusiyanın qəbulu, anklavların və o ərazilərə gedən yolların təhvil verilməsi, azərbaycanlıların qayıdış haqlarının gücləndirilməsi, geri dönəcək şəxslərin təhlükəsizliyini qorumaq üçün üçüncü ölkənin ordusunun Ermənistanda mövcudluğunun təmin olunması və Zəngəzur dəhlizinin açılmasından gedir”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, təəssüf ki, rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə anlaşıb, sərhədlərin açılmasına, regionda normal inkişaf şansı qazanmağa çalışmaq əvəzinə gərginliyi artırıb, öz himayədarlarının dəstəyinə güvənməyə üstünlük verir. Ekspertin sözlərinə görə, son vaxtlara qədər rəsmi Bakı Ermənistana Zəngəzur dəhlizi də daxil olmaqla, regionda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif edirdi:

"Rəsmi İrəvan isə əvvəlcə buna qarşı çıxırdı, daha sonra öz şərtlərini gündəmə gətirməyə çalışırdı. Nəticədə Zəngəzur dəhlizinin reallaşdırılması prosesi ləngidilmiş oldu. Rəsmi İrəvan Zəngəzur dəhlizi məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə biləcəyinə ümid bəsləyirdi. Ancaq növbəti dəfə yanıldı və ən ağır zərbəni də məhz Ermənistana vurmuş oldu. Hər halda indi rəsmi Bakı Zəngəzur dəhlizi ilə bağlı mövzunu gündəmə gətirməyə belə həvəsli görünmür. Yekun sülh sazişinin imzalanması və Ermənistanın ərazi bütövlüyünün tanınması Azərbaycanın geopolitik və geostrateji maraqlarına o qədər də cavab verməyə bilər. Çünki Azərbaycanın tarixi ərazilərində süni şəkildə qondarma Ermənistan dövləti yaradılıb. Və rəsmi Bakı Azərbaycanın tarixi ərazilərinin geri qaytarılmasını tələb etmək hüququna sahibdir. Ona görə də, indi məhz rəsmi İrəvan yekun sülh sazişinin imzalanmasında birbaşa maraqlı olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm