
Zəngəzura da tankla deyil, avtomobillə getmək niyyətindəyik - ŞƏRH
00:36 19.10.2023
Siyasət
509
Naxçıvana yol mütləq açılacaq
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas elementidir. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, bu məsələ ilə məşğul olmaq Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrliyi altında Üçtərəfli İşçi qrupa həvalə olunub: "Bugünədək İşçi qrupun 12 iclası keçirilib, perspektiv dəmir yolu və avtomobil marşrutları paketi təfərrüatı ilə nəzərdən keçirilib". Zaxarova Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması məsələsində irəliləyiş qeydə alındığını xatırladıb: "Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların atılmasına dair ümumi razılaşma əldə olunub. Fəaliyyətimizdə qarşılıqlılıq və hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına hörmət prinsiplərinə riayətdən çıxış edirik". Zəngəzur məsələsində rəsmi Bakının mövqeyi aydın və bəllidir, amma son günlər gündəmə gətirilən məsələ odur ki, əgər Ermənistan Zəngəzur dəhlizinə razılıq verməzsə, dəhliz İrandan da keçə bilər. Bu, Türkiyə dövlət başçısı R.T.Ərdoğan, o cümlədən Azərbaycan XİN tərəfindən də gündəmə gətirilib. Bəzi şərhçilərə görə, Zəngəzur dəhlizinin İrandan keçməsi məsələsi sadəcə İrəvanı qorxutmaq və tələsdirmək məqsədi daşımır, həqiqətən də, alternativ yollar barədə düşünülür.
Politoloq Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün vacib şərt olsa da, görünür, Baş nazir Nikol Paşinyan üçtərəfli saziş zamanı qeyd olunmuş nəzarət mexanizmindən narazıdır. Analitikin fikrincə, Ermənistan Rusiyanın dəhlizə nəzarət etməsi ilə razılaşmır:

"Əslində, bu məqam Paşinyanın Rusiyanı birdəfəlik ölkədən çıxartmaq planlarının tərkib hissəsidir. Baş nazir dəhlizin açılmasına etiraz etmədiyini, Prezident İlham Əliyevin isə “Zəngəzura tankla deyil, avtomobillə getmək niyyətindəyik” deməsi prosesin dinc yolla başa çatacağına ümid yaradır. Buna rəğmən, İrandan Naxçıvana alternativ yolun çəkilməsi ilə bağlı əldə olunmuş razılaşma bizim üçün qarantdır. Azərbaycan uzun illər ərazisinin bir parçasından uzaq düşmək niyyətində deyil və Naxçıvana yol mütləq həyata keçəcək. Nəzərə alaq ki, İran ərazisindən keçməsi nəzərdə tutulan alternativ magistral Zəngəzur dəhlizinə qarşı deyil. Bu yol həm də İran tərəfi üçün vacibdir. 80 milyondan çox əhalisi və böyük bir ərazisi olan ölkə ilə kommunikasiyaların çoxluğunun heç bir zərəri yoxdur. İranla yaranmış gərginlik nə vaxtsa tamamilə səngiyəcək. Çünki istənilən gərginliklərə baxmayaraq, İran və Azərbaycan iki qonşu dövlət kimi sülh içində yaşamağa məhkum və məcburdurlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Avropa İttifaqına sərt xəbərdarlıq etdi
20:42 25.04.2026
Dünya
Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb
20:34 25.04.2026
Gündəm
Azərbaycan - Ukrayna ittifaqı güclənir - RƏY
20:04 25.04.2026
Gündəm
Tramp Uitkoff və Kuşnerin Pakistan səfərini ləğv etdi
19:58 25.04.2026
Dünya
İran nümayəndə heyəti İslamabadı tərk edib
19:44 25.04.2026
Gündəm
İsrailin hücumu nəticəsində Livanda dörd nəfər ölüb
19:01 25.04.2026
Dünya
İran XİN rəhbəri Omana gedib
18:58 25.04.2026
Dünya
Azərbaycanın Ukrayna mövqeyi ardıcıl və dəyişməzdir - ŞƏRH
18:22 25.04.2026
Gündəm
Makron: Fransa enerji qıtlığı ssenarisini ehtimal etmir
18:19 25.04.2026
Dünya
Rusiyanın Dneprə hücumlarında yaralıların sayı artıb
18:04 25.04.2026
Dünya
İran-Türkiyə sərhədində yeni keçid məntəqəsi açılıb
18:02 25.04.2026
Dünya
Aİ səfiri Gürcüstan XİN-ə çağırıldı
17:31 25.04.2026
Region
Netanyahunun Livan Prezidenti ilə görüşü planlaşdırılır
17:01 25.04.2026
Gündəm
Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb
16:59 25.04.2026
Gündəm
"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb
16:44 25.04.2026
Futbol