Zərdüşt Əlizadə: Ermənistan təbii ki, COP29 tədbirinə gəlməyi qəbul edəcək
09:43 22.07.2024
Siyasət
438
Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İrəvana dəvət göndərilib.
Dəvət qərarı hələ də rəsmi diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında onilliklər boyu davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verilib.
"Muxtar Babayev (COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik. Bunu ilk dəfədir, xarici mediaya deyirəm", - deyə H.Hacıyev bildirib.
O qeyd edib ki, bu məktubun hər iki ölkə arasında rəsmi diplomatik münasibətlər olmadığı bir vaxtda göndərilməsi Azərbaycanın xoşməramlı iradəsinin və inklüziv yanaşmasının göstəricisidir.
H.Hacıyev bildirib ki, COP29 qlobal səydir və həlledici danışıqlar Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır.
"İndi Ermənistan hökumətinin qərarvermə vaxtıdır", - deyə Hacıyev bildirib.
Rəsmi Bakının COP29 tədbirinə Ermənistanı qonaq çağırmasını “Sherg.az”a dəyərləndirən politoloq Zərdüşt Əlizadə söyləyib ki, Azərbaycan dünya miqyaslı bu tədbirə Birləşmiş Millətlət Təşkilatına (BMT) üzv olan 193 ölkənin hamısını dəvət edib:
“Hər bir dövlət özü qərar verəcək ki, tədbirdə hansı səviyyədə təmsil olunacaq. Bəzi ölkələrin dövlət başçıları, bəzilərinin isə XİN rəhbərləri və ekologiya nazirləri gələcək. Azərbaycan COP29-un ev sahibi kimi hər kəsə istədikləri səviyyədə təmsil olunmq imkanını verir. Ermənistan təbii ki, COP29 tədbirinə gəlməyi qəbul edəcək. Sadəcə olaraq təmsilçilik səviyyəsini hökümət özü qərar verəcək. COP29 dünya miqyaslı tədbir olduğuna görə ikitərəfli münasibətlərə təsiri yoxdur. Lakin tədbir çərçivəsində müəyyən danışıqlar ola bilər. Məsələn, Londondakı siyasi rəhbərlərin görüşündə İlham Əliyev və Nikol Paşinyan da iştirak etdi. Mahiyyət etibarilə COP29 tədbirindəki görüş də Londondakı kimi heç nə vəd etmir. Ermənistan istər yüksək, istərsə də orta səviyyədə numayəndə ilə tədbirə qatıla bilər. Azərbaycanın beynəlxalq tədbiri keçirən tərəf olaraq hamını dəvət etməsi onun öhdəliyidir”.
Qeyd edək ki, COP29 İqlim sammiti noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə