
Zərdüşt Əlizadə: Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq Paşinyana siyasi mənada lazımdır
11:09 26.02.2025
Siyasət
573
Ermənistan hökuməti ötən il noyabrın 28-də keçirilən iclasında “Ermənistanın himni haqqında” qanuna dəyişiklik layihəsini təsdiqləyib.
Ermənistan parlamentinin sədri Alen Simonyan, deputatlar Sisak Qabrielyan və Taquhi Qazaryanın təşəbbüsü ilə irəli sürülən bu layihə ilə himn, eləcə də himnin ifası ilə bağlı bəzi münasibətlərin tənzimlənməsini təklif edib.
Daha sonra Alen Simonyan Telegram kanalında yazıb ki, mənə aydındır ki, Ermənistan Respublikasının himni gec-tez dəyişməlidir, onun bizim dövlətimiz və erməni musiqisi ilə əlaqəsi olmalıdır, himn ifa qaydalarına uyğun olmalıdır.
O, himnlə yanaşı, gerbin dəyişdirilməli olduğunu deyib.
Qeyd edək ki, Ermənistanın yeni himnində işğala çağırış motivləri çıxarılıb.
Politoloq Zərdüşt Əlizadə "Sherg.az"a deyib ki, Paşinyan hakimiyyəti artıq gerçəkliklərlə barışıb:

"Ermənistan çalışır ki, Azərbaycanla münasibətləri tənzimləsin. Çünki bu, Paşinyana siyasi baxımdan çox vacibdir. O, 2026-cı ildə Ermənistanda keçiriləcək prezident seçkilərində yenidən qalib gəlmək istəyirsə, erməni xalqına hər hansı müsbət nailiyyət barədə tarixçə təqdim etməlidir. Qarabağ əldən getdi, erməni ordusu məğlub oldu. Nikol Paşinyanın yalnız iki sahədə uğuru var; Birincisi, Rusiyanın ticarət sahəsində iqtisadi artımdır. İkincisi isə Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləsə və nəqliyyat vasitələri işə düşərsə, reallaşacaq. Bu, Paşinyanın partiyasının gələcək seçkilərdə təminatı deməkdir. Ona görə də Ermənistan Prezidenti sülh müqaviləsinin qarşısını alan bütün maneələri aradan qaldırmaq istəyir. Həmçinin konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq Nikol Paşinyana siyasi mənada lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm