Zərdüşt Əlizadə: "Qələbənin atası çox olur, məğlubiyyət isə yetimdir..."
11:15 04.06.2025
Siyasət
392
Paşinyan gələcək seçkilərdə ona rəqib ola biləcək şəxsləri çıxdaş etməyə səy göstərir
Ləğv edilmiş separatçı rejimin sonuncu "lider"i Samvel Şahramanyan bu gün Ermənistan İstintaq Komitəsinə çağırılıb və hazırda onun dindirilməsi davam edir. Bu barədə Ermənistan KİV məlumat yayıb. Məlumata görə, Samvel Şahramanyan 44 günlük müharibə ilə əlaqədar “Hərbi qulluqçuların səhlənkarlığı” və “Müharibə vasitələrini düşmənə vermə və ya buraxma” maddələri ilə başlanmış cinayət işi çərçivəsində dindirilir. Onun şahid qismində istintaqa cəlb olunduğu bildirilir. Cinayət işi hələ 2023-cü ildə başlanıb və iki ildən sonra Samvel Şahramanyan ilk dəfə dindirilib.
Politoloq Zərdüşt Əlizadə Sherg.az-a bildirib ki, belə bir məsəl var ki, qələbənin atası çox olur, məğlubiyyət isə yetimdir:
“Heç kəs məğlubiyyəti məsuliyyətini üzərinə götürmək istəmir. Xatırlatmaq lazımdır ki, 1994-ci il müharibəsində Azərbaycan məğlub olduqdan sonra ölkəmizdə uzun müddət məhkəmə prosesi getdi. Nazirlər, polkovniklər, hərbi hissə komandirləri, siyasi partiya nümayəndələrinin bəziləri ittiham olunaraq həbs olundular. Hazırda isə Ermənistan məğlub durumdadır. Nikol Paşinyan Ermənistanın Baş naziri olaraq məsuliyyəti üzərindən atmağa çalışır. O, kiçik səhvləri olan şəxsləri üzə çıxarmaqla öz günahını yüngülləşdirmək niyyətindədir. Ona görə də rəsmi şəxslər müəyyən məsələlərlə bağlı mühakimə olunurlar. Onların bəziləri isə buna görə ölkədən qaçırlar. Məsələn, Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan hazırda Rusiyadadır. Ermənistan ordusu çox səviyyəsiz müharibə apardı. Nikol Paşinyan isə gələcək seçkilərdə ona rəqib ola biləcək şəxsləri çıxdaş etməyə səy göstərir. Bundan sonra keçmiş Qondarma Dağlıq Qarabağ Respublikasının liderlərinin və Ermənistan hərbi-siyasi rəhbərliyinin bir hissəsi də ittiham oluna bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm
Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb
16:33 31.07.2026
Hadisə
Seutaya miqrant axını təsadüfi deyil, kənardan idarə olunur - ŞƏRH
16:25 31.07.2026
Gündəm
Küveyt ordusu İran dronlarını məhv etdi
16:14 31.07.2026
Dünya
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
15:51 31.07.2026
Elm və Təhsil
NATO Avropada nüvə silahlarının artırılması planı üzərində işləyir
15:09 31.07.2026
Dünya
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya