44 günlük Vətən müharibəsi zamanı Beynəlxalq Qızıl Xaç və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Federasiyası tərəfindən 15 160 nəfərə yardım göstərilib.
Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev Cəmiyyətin növbədənkənar XXVI Baş Məclisində hesabat məruzəsi ilə çıxışında deyib.
"Habelə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 23 min nəfərə, TİKA tərəfindən 53 min nəfərə, ümumilikdə milli cəmiyyət tərəfindən 146 min nəfəri əhatə edən ehtiyaclı qruplara ərzaq dəsti, mətbəx ləvazimatı, qış geyimləri, gigiyenik dəstlər tibbi qoruyucu vasitələr paylanıb", - o əlavə edib.