Azad edilmiş ərazilərdəki xəstəxanalarda tibbi tullantıların zərərsizləşdirilməsi mexanizmi qurulacaq.
Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, dünyada tibbi tullantılarla bağlı yeni yanaşma tibbi tullantıların müəssisə daxilində zərərsizləşdirilməsini tələb edir: "Bunun üçün müəssisələrdə yeni texnologiyalar quraşdırılmalıdır. Bu model tətbiq edilsə, tibbi tullantıların zərərsizləşdirilməsi 8 dəfə daha ucuz başa gələcək. Mexanizmin işğaldan azad edilmiş ərazilərdə qurulacaq xəstəxanalarda tətbiqi nəzərdə tutulur".