"Təhlükəli tullantıların təkrar istifadəsi üçün imkanlar məhduddur. Yeni cihazların bəziləri tibbi tullantıları çınqılabənzər formaya gətirir. Qalıqdan yol tikintisi, binaların inşası zamanı istifadə etmək mümkündür".
Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclidə "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə bildirib.
O bildirib ki, tibbi tullantıların idarə olunması ilə bağlı hazırlanan yeni tələblər layihəsində mümkün olan təkrar istifadə məsələsi nəzərə alınıb: "İşçi qrupunun keçirdiyi monitorinqlər cərimələrlə nəticələnmir. Bu sırf monitorinqdir, yoxlama deyil. Monitorinqlər ona görə lazımdır ki, biz məlumat toplaya bilək, analiz edək. Tibb tullantıların hesabatlılığı çəki ilə gedir. Bizdəki qaydalara görə tullantıların tariflərinin ölçülməsi kubladır. Burda da çətinlik yaranır. Nəzərə alaq ki, tullantının daxilində karton olsa yüngül, bərk maddələr olsa ağır olacaq. Ona görə də bir kuba görə ödənilən 80 manat əslində neçə kq təşkil edir və xəstəxananın bu tullantılardan azad olmasına kömək etməsi sualdır. Bunun üzərində çalışırıq, İşçi qrupu da bu istiqamətdə təklif verəcək. apardığımız monitorinq və tətbiq edilən praktikada xəstəxanada tərəzilər qoyulur, tibbi tullantıların hesabatlılığı kiloqramla aparılmasına imkan verir".