Psixoloqdan şok açıqlama: Məktəblərdə və evdə qadın görən oğlan uşaqlarının psixologiyası zədələnə bilər

Son dövrlərdə məktəblərdə kişi müəllimlərin sayı kəskin şəkildə azalmağa başlayıb. Bu gün dərs deyən müəllimlərin çoxunu qadınlar təşkil edir. Bu vəziyyət oğlan uşaqlarının psixologiyasına necə təsir edir?                                    
Bununla bağlı sosyal şəbəkələrdə çoxlu narazılıqlar var.                                    

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, evdə, ailədə və uşağın böyüdüyü şəraitdə kişi modeli varsa, bu oğlan uşağına problem yaratmır :

"İndiki dövrdə problemin əsas səbəbi boşanmaların sayının artması, məktəbdə kişi müəllimlərin olmamasıdır. Bizim dövrlə müqayisədə hazırda məktəblərdə kişi müəllimlərin sayı yox dərəcəsindədir. Yaxşı olardı ki, bu mövzuda təbliğat getsin. Onlara maddi dəstək olsun. Əks halda bütün gün məktəblərdə, evdə qadın görən oğlan uşaqlarının psixologiyası ciddi şəkildə zədələnə bilər. Müasir dövrdə kişilər müəllimlik peşəsindən imtina edirlər. Çünki, onların üzərində ailə məsuliyyəti olur və maddi-mənəvi cəhətdən çətinlik yaşayırlar".