Hər bir insan bir başqasıyla uzun müddətli, sağlam münasibətlərə sahib olmaq ehtiyacı duyur. Bunlar arasında fərdi və təbii ehtiyaclar da var. Mütəxəssislər uzun vədəli və sağlam münasibətlərin qorunub saxlanmasında 3 əsas faktoru önə çəkir və burada tərəflərin eyni dərəcədə təsirini vurğulayır.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bu 3 əsas faktoru təqdim edir. Bunlardan birincisi, dostluq və aid olmaqdır. Dostluq və aid olmaq, həyatımızı paylaşmaq, qəbul edilmək və bağlılıq duyğusuna sahib olmaq ehtiyacıdır. Bir əlaqə zamanı bu faktorun yer alması güvən hissi ilə birlikdə rahatlıq duyğusu da doğurur. İkinci, əsas faktor, sevgini sözlərlə və davranışla ifadə etməkdir. Sevgi, başqalarının bizə kəlmələrlə və toxunuşla ifadə etdiyi ilgiyə olan ehtiyacımızdır. Bu səbəblə tərəf-müqabilinə “səni sevirəm” demək, ya da ona sarılmaq həm onun üçün, həm də münasibətlərinizin möhkəmlənməsi üçün olduqca önəmlidir. Çünki münasibətlərdə hər hansı sevgi əksikliyi mübahisələrə, inamsızlığa, arada qalmaqal yaranmasına və nəticədə ayrılqılara yol aça bilər. Üçüncü faktor, həssas dəstək və təsdiqdir. Bu, hər hansı bir mücadilə zamanı qarşı tərəfin də bununla maraqlanmasına, sizi dəstəkləməsinə olan ehtiyacdır. Şəxsi həyatda, yaxud iş yerində hansısa problemlə rastlaşarkən evə döndükdə, ya da münasibətdə olduğunuz şəxslə görüşdükdə, onun sizin probleminizlə yaxından maraqlanması, sizi dəstəkləməsi rahatlıq hissi verəcək. Qarşısındakı adamın onunla həmfikir olduğunu bilməsi insanı xoşbəxt edir. Bunlar olmadıqda münasibətlərdə soyuqluq, inamsızlıq, etibarsızlıq yaranır ki, bu da ayrılıqların başlanğıcıdır.