İndi orta hesabla bir adamın cibində 2 kart var
“Son 5 ildə ödəniş kartlarından istifadə sürətlə artıb. Əgər 2019-cu ildə hər 4 nəfərin 3 kartı var idisə, indi orta hesabla bir adamın cibində 2 kart var”.
Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.
Ekspertin sözlərinə görə, artımın əsas drayveri cari hesabımıza xidmət göstərən debet kartlarıdır:
“Bütün kartların yarısı məhz belə kartların payına düşür. Faktiki olaraq xeyli sayda mikrosahibkarlıq subyektləri "Card to card" mexanizmindən istifadə etməklə bu kartların xidmətindən yararlanırlar. "Card to card" funksiyasının inkişafıdır ki, nağdlaşdırma əməliyyatlarının payı əhəmiyyətli dərəcədə (75 faizdən 43 faizə) düşüb”.