2024-cü ilin yanvar ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 839 min nəfərdən çox olub.
Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən xəbərə görə, onların 444 min nəfərdən çoxunu aylıq sosial müavinət, 395 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.