İlin əvvəlindən Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi ilə bağlı müzakirələr gedir. Düşünürəm ki, Azərbaycan bu iqlim gündəliyinə uğurla ev sahibliyi edəcək.
Bunu COP29 Sədrliyinin ilk mətbuat konfransında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-la bağlı təzadlı fikirlərə münasibət bildirirərkən deyib.
O bildirib ki, bu gün Azərbaycanın hədəflədiyi yaşıl artım proqramları və icra olunmuş layihələr göstərir ki, ölkə və cəmiyyət olaraq biz bu baxımdan kifayət qədər təcrübəyə sahibik.
"Azərbaycan region və eləcə də digər neft-qaz ölkələri üçün örnək ola biləcək. Ona görə ki, Azərbaycanda qəbul olunmuş proqramlar, 2030-cu ilə qədər hədəflənmiş 30%-ə qədər alternativ enerji mənbələrinin yaradılması, yaşıl artımla bağlı proqramların icrası və s. təcrübələrimizi digər ölkələrlə bölüşməyimiz üçün COP29 tədbiri yaxşı bir fürsət olacaq", - deyə o qeyd edib.