Psixoloq: Yalnız travmalı bəylər özlərindən 10 yaş böyük qadınla münasibət qururlar

Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ağır yanıq xəsarətləri alan 1990-cı il təvəllüdlü Türkanə Məmmədova ötən gün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində vəfat edib.

Qeyd edək ki hadisə aprelin 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən kafelərinin birinin yaxınlığında qeyd alınıb. Belə ki, rayon sakini 2002-ci il təvəllüdül Röyal Tağıyev kənddə yerləşən kafedə, orada çalışan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.

Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, yalnız travmalı bəylər özlərindən 10 yaş böyük qadınla münasibət qururlar:
“Bəzən evlilik məqsədi olmadan sadəcə görüşmək üçün bu addımı atırlar. Hər bir halda bir qadın kişi ilə münasibətdədirsə, onun xasiyyətini, xarakterini, nəyə əsəbləşdiyini, sevindiyini və güldüyünü görür. Qadınlara məsləhətim odur ki, kişinin istər restoranda ofsianta qarşı, istərsə də çöldə maşın "parkovşik"inə qarşı olan münasibətinə fikir versinlər. Çünki özündən zəif adamlara qarşı münasibəti necədirsə, sabah sizinlə də eyni münasibətdə olacaq. Yəni başqa şəxslərə qarşı aqressiyası varsa, bir gün o aqressiya sizə də yönələcək. Qadınlarımızı gözü açıq olmağa dəvət edirik. Bu gün 34 yaşlı bir qadının 22 yaşlı oğlan tərəfindən belə hadisəyə məruz qalması qadınların da bilgisizliyindən qaynaqlanır”.