Paytaxtdakı mağazaların birində qırmızı gilasın bir kiloqramı 99 manata satılır.
Bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.
iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki, Azərbaycanda qiymətlər tarif şurasına aid olan sahədə dövlət tərəfindən tənzimlənir:
“Heç kimin digər qiymətlərə müdaxilə etmək imkanı və fürsəti yoxdur. Mağazaların yeganə borcu ondan ibarətdir ki, gəliri ilə bağlı doğru məlumat versin və vergidən yayınmasınlar. Hansısa bir formada inzibati müdaxilə lazım və mümkün deyil. Bu elə bir şeydir ki, 1-2 aydan sonra qiymətlər bir-iki manata qədər ucuzlaşacaq. Məsələ ondan ibarətdir ki, dövlət çalışmalıdır ki,məhsul bolluğu üçün təşviq proqramlarını çoxaltsın. Yəni daha çox məhsul istehsal edilməsi üçün şərait və fürsət yaradılsın. Bu nöqteyi nəzərdən pozitiv müdaxilələr mümkündür.”