Azərbaycanda küləklə bağlı rəng xəbərdarlıq sistemi digər hava şəraitləri ilə bağlı da tətbiq ediləcək.
Trend xəbər verir ki, bunu jurnalistlərə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O qeyd edib ki, yeni tətbiq ediləcək “Rəng xəbərdarlıq sistemi” şkalası ilə küləyin sürəti haqqında qiymətləndirmə hər kəsə mütəmadi göndəriləcək.
"Küləklərlə bağlı tətbiq edilən bu sistem gələcəkdə digər təhlükəli metereoloji hadisələr üçün də sistemləşdirəcək. Azərbaycanda ən çox küləkli havalar müşahidə olunduğundan ilk olaraq bunu pilot kimi götürmüşük. Növbəti mərhələdə - ilin sonuna qədər güclü istilər, daşqınlar, dolu, leysan, sel xarakterli hava hadisələri ilə bağlı da rəng şkalası ilə xəbərdarlıq sistemi tətbiq ediləcək”, - deyə o əlavə edib.
Ekoloq Rövşən Abbasov “Sherg.az”a bildirib ki,Bu tətbiq ən çox fermerlərin xeyri üçün olacaq:
“Tətbiqin üstünlüyü ondan ibarətdir ki, avtomatik olaraq insanların yerini müəyyən edir və yerli havanın necə olacağını proqnozlaşdırır. Bu tətbiq əvvəllər Azərbaycanda olmayıb. Tətbiqin əsas dəyərini müəyyən bir müddətdən sonra görəcik. O zaman biləcik ki, bunun əhəmiyyəti nədən ibarətdir.”