Cəmiyyətin qorunmalı olan sərhəddi var -SOSİOLOQ

Bakıda avtobusda çəkilən görüntü marağa səbəb olub.
Sosial şəbəkələrdə müzakirələrə səbəb olan videoda gənc qızın açıq-saçıq geyimdə ictimai nəqliyyatda özünü nümayiş etdirməsi birmənalı qarşılanmayıb.
Əlində içki ilə video çəkdirən qız sərnişinlərin təəccüblü baxışlarına məhəl qoymadan obyektivə pozlar verməyə davam edib. 
  

Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub “Sherg.az”a bildirib ki, belə hərəkətlər ictimai mühitdə olan insanların narahatlığına səbəb olursa, mütləq bunun qarşısı hüquq mühafizə orqanları tərəfindən alınmalıdır:

“Cəmiyyətin qorunmalı olan aurası və sərhəddi var. Bu sərhəddi heç kəs aşa bilməz. Heç kəs deyə bilməzki mən azadam deyə küçədə tam çılpaq gəzə bilərəm. Xeyr belə bir şey yoxdur. Mən bununla razı deyiləm və icazə yoxdur. Çünki başqalarının rahatlıq sərhəddini pozuram. Azərbaycan kimi yerlərdə bu önəmlidir. Bizdə milli-mənəvi dəyərlər həmişə qorunub və dövlət tərəfindən buna önəm verilib. İndi də belədir yəqin ki, bundan sonra da belə olacaq. Mənə elə gəlir ki, belə halların qarşısı alınmalıdır. Bu bizə yaraşmayan hərəkətlərdir.”