Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirəyə çıxarılıb.
Sherg.az-ın xəbərinə görə, məlumatı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.