İlk mərhələdə 450 cütlüyə 67.5 milyon lirə dəyərində yardım ediləcək
Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Ailə və Gənclik Fondunun ödəmələrə başladığını elan edib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, xanım nazir bu barədə Nazirlər Kabinetinin toplantısı öncəsi mediaya açıqlamasında bildirib: "Təhsil proqramlarına qatılaraq rəsmi nikahı 15-30 aprel tarixləri arasında gerçəkləşmiş cütlüklərə ödəmələr artıq başlanıb. İlk mərhələdə 450 cütlüyə 67.5 milyon lirə dəyərində yardım ediləcək”. M.Göktaş qeyd edib ki, Fonda indiyədək 9 min 38 cütlük müraciət edib. Müraciətlərinə müsbət cavab verilən 2 min 283 cütlüyə maddi dəstək veriləcək, həmçinin onlarla söhbət aparılacaq.