Analıq qorxusu: Qadınların uşaq istəməməsi normaldır -Sosioloq

Əksər hallarda qadın ailənin yaradılması və nəslin davam etdirilməsinə təşəbbüs edir. Ancaq bəzən qızlar bundan qorxur və ana olmaq istəmir. 
Milli.Az lent.az-a istinadən bildirir ki, bir qayda olaraq, bunun ciddi səbəbləri var.
Onlar nədir?
Uşaqları düşünmək üçün maddi vəziyyət yaxşı deyil
Bir çox qadın partnyorlarından daha rasional və məsuliyyətlidir. Xanımlar anlayırlar ki, doğuşa hazırlaşmaq, uşağa həyatın ilk illərində qulluq etmək və sonrakı xərclər nə qədər başa gələcək. Maddi vəziyyətinizi təhlil etməyə çalışın. Əksər hallarda əsas səbəb budur.
Sağlamlıq problemləri
Hər qadın sevdiyi insana açıq şəkildə etiraf edə bilməz ki, səhhətindəki problemlər ona ana olmağa mane olur. Bu çox həssas bir mövzudur, onu qaldırmaq çətindir.
Bəzi xanımlar bir sadə səbəbdən uşaq istəmədiklərini deyirlər: sağlamlıqları haqqında danışmaq istəmirlər.
Qorxular
Bəzən qadınlar doğuş və analıqla bağlı olan hər şeyi təsəvvür etməkdən qorxurlar. Bir psixoloqla məsləhətləşsəniz, bu, asanlıqla düzəldilə bilər.

Sosioloq Sənubər Heydərova “Sherg.az”a bildirib ki,  son 5-6 ildə Azərbaycanda feminizm hərəkatı güclənib:

“Onların qadın hüquqları aksiyalarından və maarifləndirmə kompaniyalarından sonra özlərinə qarşı münasibətləri dəyişib. Əsasən qadın nəsil artırma funksiyasını yerinə yetirir. Azərbaycanda da aksiyalardan və təbliğatdan sonra xeyli sayda müraciətlər gəlirdi. Həmin qadınların içərisində evli, uşaqlı və özünü ailəsinə evinə həsr etmiş qadınlar var idi. Danışırdılar ki, bizim yoldaşımız deyir sən nə işə yarayırsan, heç bir iş görmürsən. Halbuki o qadınlar səhərdən axşama kimi həm işləyir, həm də evdəkilərin qayğısını çəkirlər. Axırda məlum olur ki, həmin qadınlara verilən qiymət adekvat deyil. Buna görə də qadınlar bu məsələyə spesifik yanaşmağa başladılar. Hazırda evlənənlərin ən azı yarısı boşanır. 30-40 faiz ya uşaq olmamış, və ya birinci uşaqdan sonra ayrılırlar. Ən çox da aliment davalarına tez-tez rast gəlirik. Kişilər öz uşaqlarına aliment verməkdən imtina edirlər. Qadınlar bu zaman çətin vəziyyətdə qalırlar. Tək uşağın qayğısına qalmalı, maddi və mənəvi cəhətdən uşağı təmin etməlidir. Bəzən də həmin qadın günahlandırılır ki, ikinci uşağı neynirdin dünyaya gətirib. Cavan qızlar bu ölkənin reallıqlarını görürlər. Digər tərəfdəndə hökumət uşaq pulu vermir. Ailəyə heç bir dəstək olmadan, ayaq üstə qalmaq üçün özləri çalışır. Kifayət qədər vəziyyət çətinləşib. 2008-2009-cu illərdə kirayə evlərin qiyməti 230-250 manat idi. Hazırda bu qiymət ən azı 500 manatdan başlayır. Minimum əmək haqqı ilə müqayisə ediləndə çox böyük bir rəqəmdir. Kirayə qalan şəxslərin əksər hissəsi Bakıda yaşayır. Hətta rayonlarda da qiymətlər ucuz deyil. Əvvəllər valideynlər dəstək olurdu və işlərinə qarışırdılar. Ancaq indiki zəmanədə gənclər deyirlər kömək etməyin və işimizə qarışmayın. Getdikcə ayaq üstə qalmaq daha da çətinləşir. Həmin dövr ərzində gənclərin uşaq istəməməsi, və qadınların daha ehtiyyatlı olmağa çalışması normal haldır. Azərbaycanda gənclərin evlənmədən bir birini yoxlamaq kimi şansları yoxdur. Evliliyin ilk illəri yoxlama zamanına  gedir”.